Akasya çayının faydaları

Akasya çayının faydalarıAkasya çayı dünyanın bir çox ölkələrində fitoterapiya məqsədilə istifadə edilən çaylardan biridir. Akasya çayı müalicəvi xüsusiyyətləri ilə yanaşı xüsusi dada malik ətirli çaydır. Akasya çiçəyinin özünəməxsus ətri çaya xüsusi dad verir. Akasyanın bir neçə növü vardır. Müalicə məqsədilə əsasən ağ akasya çiçəklərindən istifadə edilir.
Akasya çiçəkləri xöş ətrə malik olan bir ağac növüdür, çiçəkləri salxım şəkildə olur. Ağ akasya ağacı Azərbaycanda yetərincə mövcuddur. Akasya çiçəyindən çay kimi istifadə etmək üçün ağacın çiçəklərini solmadan yığıb, qurutmaq lazımdır.
Akasya çiçəyində uçucu yağlar, təbii turşular, qlükozitlər, petkin və müxtəlif vitaminlər var. Ağacının qabığı tanen, minerallar və uçucu maddələrlə zəngindir.
Akasya çiçəyinin dəmləməsi aşağıdakı xüsusiyyətlərə malikdir:
- qızdırmasalıcı təsirə malikdir
- iltihabi prosesləri aradan qaldırır
- bəlğəmgətirici təsir göstərir
- sidikqovucu təsirə malikdir
- büzücü təsirə malikdir
- qanaxmanı dayandırır.
Akasya bitkisindən hazırlanan dərman preparatları qanda azotun miqdarını aşağı salır, mədə və bağırsağın funksiyasını normallaşdırır, öd kisəsi, mədəaltı vəz, boğaz ağrısı, faringit, rinit və tonzillitin müalicəsində faydalıdır.
Bundan başqa akasya çiçəyi çayı uşaqlıq miomasının sorulmasına, qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində, eroziyalarda çox faydalı təsir göstərir.
Akasya çayının faydaları:
- Depressiya əlamətlərini aradan qaldırır.
- Ginekoloji xəstəlikləri sağaldır.
- Sinir sistemi xəstəliklərini aradan qaldırır.
- Gərginliyi aradan qaldırır.
- Sakitləşdirici təsir göstərir.
- Yuxunu normallaşdırır.
- Qızdırmanı aşağı salır.
- Boğaz ağrısını kəsir.
- Bəlğəmi kəsir, öskürəyi azaldır.
- İshalı kəsir.
- İltihabəleyhinə təsir göstərir.
- Göbələk əleyhinə təsir göstərir.
Akasya çayı necə dəmlənir?
1 çay qaşığı quru akasya çiçəyi 0,5 litr qaynar suya əlavə edilir, 10 dəqiqə dəmlənir, süzülüb içilir. Çayı təzə çıçəklərlə də dəmləmək mümkündür. Akasya çayı fasilələrlə qəbul edilir. 2 ay içilir, 2 ay fasilə verilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler