Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlamaBurun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu və yuxu keyfiyyətinin pisləşməsi kimi şikayətlər bir çox hallarda cərrahi müdaxiləni zəruri edir. Lakin belə əməliyyatların kifayət qədər yüksək xərc tələb etməsi vətəndaşlarda haqlı olaraq bir sual yaradır: tibbi göstəriş əsasında həyata keçirilən burun çəpəri əməliyyatları İcbari Tibbi Sığorta tərəfindən qarşılanırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, tibbi göstəriş əsasında aparılan bəzi burun əməliyyatlarının sığorta hesabına icrası mümkündür.
Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlamaOnun sözlərinə görə, burun çəpərinin əyriliyi Beynəlxalq Xəstəliklər Təsnifatında (XBT) yer alan diaqnozdur:
"Əgər xəstəyə bu diaqnoz qoyulubsa və əməliyyat tibbi zərurət əsasında həyata keçirilirsə, həmin müdaxilə İcbari Tibbi Sığorta tərəfindən qarşılana bilər. Lakin estetik məqsədlə icra olunan plastik əməliyyatlar sığorta paketinə daxil deyil. Rekonstruktiv əməliyyatlar mümkündür, amma sırf plastik əməliyyatlar İcbari Tibbi Sığorta hesabına həyata keçirilmir", – deyə Aydın Əliyev vurğulayıb.
Beləliklə, mütəxəssisin sözlərinə əsasən, əməliyyatın sığorta hesabına qarşılanması onun məqsədindən asılıdır. Əgər müdaxilə nəfəsalma funksiyasının bərpası və ya digər tibbi göstərişlərlə əlaqədardırsa, İcbari Tibbi
Sığorta çərçivəsində icra oluna bilər. Ancaq yalnız xarici görünüşün dəyişdirilməsinə yönəlmiş estetik rinoplastika bu təminata daxil edilmir.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 13 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


son xeberler azerbaycan xeberleri yeni xeberler bugunun xeberleri şou biznes xəbərləri sonxabar apa.az xeberler