Akif İslamzadə: "Şagird müəllimdən siqaret istəyir
Akif İslamzadə: "Şagird müəllimdən siqaret istəyir..."
"Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər şey ailədən başlayır. Məgər uşaq anadan olanda məktəbdə dünyaya göz açır?! Tərbiyə evdən başlayır".
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.
O, ötən günGəncədə 8-ci sinif şagirdinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan müzakirələrə münasibət bildirib.
Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M. P. Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı F. Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Məsələyə münasibət bildirən A. İslamzadə söyləyib ki, bu gün valideynlər uşaqlarına nəzarət etmirlər:
"Bunun üçün isə vaxt olmalıdır. Ya valideynlərin özlərinə başları qarışıb və uşaqların başını buraxıblar, ya da ki, çörəkpulu dalınca qaçırlar deyə, axırda da belə olur. Bizim vaxtımızda uşağı məktəbə qoyanda müəllimə deyirdilər ki, "əti sənin, sümüyü mənim". Uşaq da o təlim-tərbiyəni görüb böyüyürdü. İndi isə Avropada olan axmaq-axmaq nələr varsa, bizimkilər də baxıb təkrar edirlər. Ümumiyyətlə, təhsil sistemi bütövlükdə dəyişilməlidir. Çünki ata-anamızdan sonra bizim üçün ən müqəddəs obraz müəllim olub. Bir peşəni hörmətdən salmaq üçün onu adiləşdirmək lazımdır. Bu gün biz bir-birimizə "müəllim" deyirik, müəllimlərin cibinə pul basırıq. Ən dəhşətlisi isə budur ki, yuxarı sinif şagirdləri müəllimdən "ştuçnı" siqaret istəyirlər ki, ver, çəkim".
Onun sözlərinə görə, bunun kökündə dayanan problem isə birdir:
"Təhsil sistemi dəyişdirilməlidir. Bizdəki təhsil sistemi Qərb təhsil sistemidir. Əvvəllər ruslara, onlardan da bizə keçib. Ona görə də, bu təhsil sistemi kökündən dəyişilməlidir. Mən uşağı vurmağın tərəfdarı deyiləm, lakin tutaq ki, müəllim uşağın qulağını burubsa, bunu problem etmək nəyə lazımdır? Yenə deyirəm, bütün təhsil sistemi dəyişilməlidir. Belə təhsil sistemi olmaz. Təlim-tərbiyə isə ailə və mühitdən başlayır".
"Bu barədə bir misal çəkmək istəyirəm. Bir həftənin hadisəsidir. Dostumgilə gedirik, liftin qabağında gözləyirik. Bir nəfər 20-21 yaşında oğlan durub liftin qarşısında. Orada da 2-3 lift kabinəsi var. Oğlanın basdığı düymədə lift tez gəldi. Özü də başa düşdü ki, biz ona tərəf gedirik, hətta bizi gördü. O, lifti saxlaya bilərdi, amma qalxdı yuxarı. İndi sual edirəm ki, bunun günahı kimdədir? Valideyn və məktəbdə. Bu cavan uşaqların belə günahlarının bir ucu gəlib bizə çıxır.
Bu problem bütün dünyada var. Bu dövrün adı da axır-zamandır. Bəşər tarixində bir Nuh peyğəmbərin dövründə belə mənəviyyatsızlıq olub, bir də indi. Allah o vaxtı bizi su ilə imtahana çəkdi, indi də, inşallah, odla imtahana çəkər. Çünki bu bəşər özünü doğrultmadı", - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Qızıl və gümüş bahalaşdı
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ