Akopyan Ərdoğanın bu məşhur ifadəsini işlətdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial media hesabında yazıb.
Baş nazirin xanımı digər oxuculara da kitabı mütaliə etməyi məsləhət görüb:
"Onu digər elmi kitablarımla yanaşı oxuyurdum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistandakı mütəxəssislər onu dərc edildikdən dərhal sonra oxuyacaqlar. Maraqları beynəlxalq münasibətlərə aid kitabların əhatə dairəsindən kənarda qalan, amma qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün bunu deyim:
Kitab BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarının nəzərdən keçirilməsi və təşkilatı dövrümüzün çağırışlarına cavab vermək üçün real alətlər dəsti ilə təmin etməkdən bəhs edir. Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə bağlı qala bilməz:
"Dünya beşdən böyükdür".
Kitabda bəşəriyyətin durumu, məsələn, dünyada 820 milyon insanın aclıq şəraitində yaşadığı, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün, 25 milyona yaxın qaçqın olduğu barədə məlumatlar da öz əksini tapıb. Kitabın adı "Daha ədalətli dünya mümkündür". Əlbəttə, daha ədalətli dünya mümkündür".
Xatırladaq ki, Anna Akopyan bundan əvvəl sosial media hesabında Türkiyə liderinin kitabını oxumağa başladığını yazmışdı. Rəcəb Tayyib Ərdoğan sözügedən kitabı ötən ilin sentyabrında Nyu-Yorkda görüşdə Nikol Paşinyana hədiyyə etmişdi.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib