Aktau-Bakı marşrutu ilə ilk dəfə "Kaşaqan" neftinin nəqlinə başlanıldı
Qazaxıstanın "Kaşaqan" yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.
Yeni marşrutla neftin daşınması "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Dəniz Nəqliyyatı Donanmasına məxsus "Akademik Xoşbəxt Yusifzadə" tankeri ilə həyata keçirilib.
İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın "Səngəçal" terminalına çatdıracaq.
Martın əvvəlində bildirilmişdi ki, Qazaxıstanın "KazTransOil" şirkəti bu ay "Kaşaqan" yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək.
"Kaşaqan" yatağının neftinin daşınması ilə Yaponiyanın "INPEX North Caspian Sea" şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda "Azəri-Çıraq-Günəşli"də və əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara malikdir.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən "Akademik Xoşbəxt Yusifzadə" tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi