Aktyor Metyu Perrinin ölümü araşdırılır
Amerika Birləşmiş Ştatlarının bir çox federal qurumları məşhur "Dostlar" serialının ulduzu Metyu Perrinin ölümü ilə bağlı istintaqa qoşulub.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, agentliklər Metyu Perrini öldürən ketamini aktyora verən şəxsi tapmaq üçün güclərini birləşdirib.
Hüquq-mühafizə orqanları bildirib ki, hazırda Metyunun poçt vasitəsilə hər hansı narkotik maddə alıb-almadığı araşdırılır. Bu işdə ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi, polis və hətta poçt xidməti də iştirak edir.
Toksikoloji hesabatda göstərilib ki, psixi sağlamlıq problemləri olduğundan ketamin ilə müalicə aldığı üçün aktyorun bu maddənin təsirindən öldüyü müəyyənləşdirilib. Lakin məhkəmə tibbi ekspertizası təyin edib ki, Metyu ölərkən onun orqanizmində tapılan ketamin müalicə nəticəsində alınmayıb.
Xatırladaq ki, məşhur aktyor 2023-cü il oktyabrın 29-da 54 yaşında dünyasını dəyişib. Onun cəsədi Los-Ancelesdəki evdə tapılıb. O zaman Perrinin cakuzidə boğulduğu xəbər verilib. Lakin iki ay sonra "Los Angeles Times" qəzeti yazıb ki, "Dostlar" serialının ulduzunun ölümünə ketaminin təsiri səbəb olub.
Xatirə SADİQ,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi