Aktyor Zaura görə işdən çıxarıldığını iddia etdi

Aktyor Zaura görə işdən çıxarıldığını iddia etdi"Bir həftə olar ki, "5/5" verilişindən çıxdığımı sosial şəbəkədə elan etmişəm. Çünki verilişin aparıcısı öz kollektivinin yanında ərizəni hörmətsiz, kobud, özünəməxsus şəkildə qabağıma tulladı ki, könüllü yaz, işdən çıx".
Open.az xəbər verir ki, bu sözləri parodiyaçı Elnur Mahmudov sosial şəbəkədə aparıcı Zaur Kamal haqda və "Xəzər" TV-dəki fəalliyyətinə son qoyması barədə yazıb. Müğənniləri "Muşkulat" obrazı ilə parodiya edən aktyor bildirib ki, Zaurun təkidi ilə işdən uzaqlaşdırılıb:
"Səbəbini soruşduqda "Səninlə işləmək istəmirəm" dedi. Buna ən böyük şahidim Allahdır. Mən də öz növbəmdə cavab olaraq qarşısındakını alçaltmağı, sındırmağı sevən bu adama bildirdim ki qarşındakı oğlandı, kiminləsə məni səhv salma, bunu normal insan kimi deyə bilərdin. O da "Səni mən adam eləmişəm" dedi. Allaha and olsun ki, heç bir səbəb göstərmədi. Aramızda müəyyən söz atışmaları oldu.
Kanalla olan münasibətimin, hörmətimin buna görə korlanmağını istəmədim və bir daha bu şəxslə üz-üzə gəlməmək üçün ərizəmi yazdım".
Aktyor Zaura görə işdən çıxarıldığını iddia etdiElnur iddia edib ki, bir çox müğənni Zaurun xahişi ilə onun videosunu İnstaqram hesabında paylaşır. Videoda isə Elnurun plastik əməliyyat etdirərək, üzündə dəyişiklik olunduğu ssenarisi qurulub:
"Üç nəfərin yanında mənə səbəbsiz yerə "ərizəni yaz, işdən çıx" deyən, məndən narazı olan bu adam bir həftədir efirdə rəsmi olaraq deyə bilmir ki, Elnur Mahmudov bu verilişdən çıxıb. Əvəzində isə belə video düzəltdirib, müğənnilərə paylaşdırırlar. Müğənniləri də başa düşürəm, münasibətə görə edirlər, onlardan narazıçılığım yoxdur. /open.az

Şou Biznes       Tarix: 04 mart 2020
f Paylaş

Oxşar xəbərlər

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla


yeni xeberler son xeberler azerbaycan xeberleri apa.az xeberler en son xəbərlər bugün bugünkü son xəbərlər kriminal bugun