"Aktyorluq edir" - Zelenskinin Budapeşt Memorandumu ilə bağlı çıxışına REAKSİYA
Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin Budapeşt Memorandumundan çıxacağı ilə bağlı bəyanatları onun ölkənin üzləşdiyi problemlərin miqyasını dərk etmədiyini göstərir.
KONKRET.az xəbər verir ki, bu barədə "Krımın Dostları" beynəlxalq assosiasiyasının sədr müavini Kostas İsixos deyib.
O bildirib ki, Zelenski köhnə televiziya obrazına (aktyorluğu nəzərdə tutulur – red.) qayıdıb:
"Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında Ukraynanın təhlükəsizlik zəmanəti almadığı təqdirdə 1994-cü il Budapeşt Memorandumunun Kiyev tərəfindən etibarsız elan ediləcəyi ilə hədələyib. 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanan Budapeşt Memorandumu çərçivəsində Ukrayna nüvə arsenalını ləğv etdi, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verdi. Düşünürəm ki, Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski özünə və sülh perspektivləri üzərində nəzarəti itirib. Diplomatiyanın tanınmalı olduğu bir vaxtda o, sazişi yenidən nəzərdən keçirib, Ukraynanın nüvə dövlətinə çevrilə biləcəyini deyir", – o bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var