Albert 31 il Şuşanın girişində qalan tankı necə vurub? - Başa düşürdüm ki, sağ çıxmayacağıq
Ermənilərin Şuşanın girişinə "qələbə" simvolu kimi qoyduqları və ötən gün Bakıya - Hərbi Qənimətlər Parkına gətirilən tankla bağlı müəyyən məqamlar gündəmə gəlib.
azxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, 1992-ci ildə Şuşaya girən ilk tankı idarə edən erməni terrorçu Qagik Avşaryan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovla duelindən danışıb.
"Biz hücuma keçəndə kolların arasında bir tank gördük. Əvvəlcə onun bizim tankımız olduğunu fikirləşdik. Birdən uşaqlar mənə xəbər etdilər ki, bu tank düşmənə aiddir. Təxminən 300 metr aralıda və tankın lüləyi bizə tərəf dayanmışdı. Diqqətlə baxanda gördüm ki, bu, B seriyalı tankdır, bizdə isə ancaq A seriyalı tanklar xidmətdə idi. Şagenə dedim: "Vur, bu bizim tankımız deyil". Şagenin atəş açması ilə eyni anda həmin tank da atəş açdı. Bizim mərmi onun sağ tərəfinə dəydi, düşmənin atdığı 2 mərmi isə mexanikin istifadə etdiyi baxış hissəsini zədələdi. Aşot və Şagen heç nə görmürdü. Hər ikisinə tez çıxmağı əmr etdim. Başa düşürdüm ki, üçüncü zərbə zamanı sağ çıxmayacağıq. Bu zaman üçüncü yaylım atəşi səsləndi. Zərbənin dalğası məni havaya qaldırdı və yerə çırpıldım. Gözümü açanda tankdan düşən Aşotu gördüm. Şagenin tankda qalmasından xəbərimiz yox idi. Üçüncü yaylım Şageni yerindəcə öldürmüşdü. Tank alov içində idi", - Avşaryan bildirib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"