Aleksandr Proxanov: "Qarabağ münaqişəsi hərbi yolla Rusiyanın müdaxiləsi olmadan həll olunacaq" - MÜSAHİBƏ

Aleksandr Proxanov: "Qarabağ münaqişəsi hərbi yolla Rusiyanın müdaxiləsi olmadan həll olunacaq" - MÜSAHİBƏAleksandr Proxanov: "Qarabağ münaqişəsi hərbi yolla Rusiyanın müdaxiləsi olmadan həll olunacaq" - MÜSAHİBƏ
BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların baş verməsi barədə xəbərlərdən narahatlığını bildirib.
BMT Təhlükəsizlik Şurası Bakı və İrəvanı ilkin şərtlər olmadan danışıqlara başlamağa çağırıb.
Öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hərbi toqquşmalar nəticəsində yaralananlarla görüşdə bildirdi ki, Azərbaycan tərəfinin yalnız bir şərti var - Ermənistan silahlı qüvvələri tam tərkibdə və dərhal torpaqlarımızı tərk etməlidir.
Ermənistan hökuməti bu şərti yerinə yetirərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək və bölgədə sülh bərqərar olacaqdır.
Rusiyalı yazıçı, siyasi və ictimai xadim, İzbor klubunun sədri və həmtəsisçisi, "Zavtra" qəzetinin baş redaktoru Aleksandr Proxanov Media.Az-a müsahibəsində Qarabağ münaqişəsi üzrə qəbul etdiyi qətnamələrinin icrasını təmin etmək gücündə olmayan BMT Təhlükəsizlik Şurasının bəyanatını şərh edib.
- Dünyada hər şeyə qadir olan təşkilat yoxdur. Biz indi xaosa doğru gedirik, ancaq BMT buraxılsa və bütün beynəlxalq müqavilələr ləğv edilsə, o zaman bu xaos daha sürətli olacaq. Mümkündür ki, BMT lazımsız bir təşkilat olsun, ancaq onu gözardı etmək doğru deyil. Çözümü çətin olan problemlər var.
Qarabağ probleminə gəlincə, burada alışmaqda olan alov meydana gəlib. Şəxsən mənim sülhün təmin olunması üçün heç bir reseptim yoxdur. Xatırlayırsınızsa, mən Bakıya səfər etdim və Prezident İlham Əliyevlə görüşdüm. Bizim İzbor klubumuz münaqişənin həlli istiqamətində vətəndaş prosesində iştirak etməyə çalışdı. Təəssüf ki, heç nə alınmadı. Mən Azərbaycandan və Ermənistandan olan ziyalıları İzbor Klubunun çətiri altında toplaya bilmədim.
İndi artıq Azərbaycanda Vətən müharibəsi adlandırılan müharibə davam edir. Danışıqlar heç bir nəticə vermədi. Üstəlik, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi dayandı. İndi dünya necə münasibət bildirəcək?
Dünya münaqişəyə boş nəsihətlərlə müdaxilə edəcək. Rusiya heç bir halda tanklarını və təyyarələrini göndərməyəcək. Gümrüdəki Rusiya hərbi bazasının hərbçiləri döyüşməyəcəklər (erməni silahlı qüvvələri tərəfində - red.). 102 saylı hərbi bazanın vəzifəsi Rusiyanın sərhədlərini uzaq təhdidlərdən qorumaqdır.
İndi alovlanan müharibə qələbəyək davam edəcək. "Minsk formatı" isə uğursuzluğa düçar oldu.
Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, müharibə yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxdıqdan sonra dayandırılacaq. Bu isə BMT qətnamələri və Madrid prinsiplərinə tam uyğundur.
Bəli, hədəf qoyulub və aydındır... Ancaq hər halda müharibəni dayandırmaq çətin olacaq. İstənilən halda mənə elə gəlir ki, Qarabağ münaqişəsi yalnız hərbi yolla həll olunacaq. /oxu.az

Siyasi       Tarix: 02 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az