Aleksandr Samarski: "Heç kim, heç vaxt Qarabağı tanımayacaq, belə məsələ artıq mövcud deyil" - MÜSAHİBƏ

Aleksandr Samarski: "Heç kim, heç vaxt Qarabağı tanımayacaq, belə məsələ artıq mövcud deyil" - MÜSAHİBƏAleksandr Samarski: "Heç kim, heç vaxt Qarabağı tanımayacaq, belə məsələ artıq mövcud deyil" - MÜSAHİBƏ
Məşhur ukraynalı diplomat, Rusiya Araşdırmaları Mərkəzinin (Kiyev) sədr müavini Aleksandr Samarski apostrophe.ua saytında Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin nəticələrinə həsr olunmuş bir sıra məqalələr yayımlayıb. A.Samarski bu mövzuya yaxşı bələddir: o, Ukraynanın İrandakı keçmiş səfiridir (2010-2014), regionu yaxşı tanıyır, Ukraynanın ATƏT-in Dağlıq Qarabağ Missiyasındakı nümayəndəsi idi (1997-1998, 2004-2006) .
Media.Az Aleksandr Samarski ilə əlaqə saxlayaraq, bir sıra suallara cavab alıb.
- Qarabağdakı müharibə bitdi, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən iki bəyanat imzalandı. Günlərin birində isə hakim "Mənim addımım" blokundan olan erməni deputat, parlament komissiyasının xarici əlaqələr üzrə daimi sədri Ruben Rubinyan Ermənistanın "Qarabağın təhlükəsizliyinin qarantı" olaraq qalmağa davam etdiyini bildirdi. Necə düşünürsünüz, nə baş verir? Ermənistan Qarabağın təhlükəsizliyinin necə qarantı ola bilər ki, bura Azərbaycanın azad edilmiş ərazisidir?
- Nəzərə almaq lazımdır ki, hər hansı bir deputatın baxışı dövlətin rəsmi mövqeyini əks etdirmir. Bu xadimlər istədiklərini söyləyə bilər. Azərbaycan rəhbərliyinin də diqqət yetirdiyi vacib bir məsələ var: Bu, Qarabağdakı etnik erməni azlığının hüquqlarıdır.
Prezident İlham Əliyevin bir növ mədəni muxtariyyət imkanından danışması təsadüfi deyildi. Azərbaycan, Rusiya və Ermənistan beynəlxalq öhdəliklərə uyğun olaraq milli azlıqların öz mədəniyyətlərini inkişaf etdirməsinə imkan verməlidirlər.
Ancaq ümumiyyətlə bu bəyanat daxili auditoriyada gərginliyi azaltmağa hesablanıb, çünki müharibədə məğlubiyyət sabitliyi pozan güclü amildir. Deməli, erməni millət vəkilinin sözlərinin xüsusi xarici siyasət məzmunu ola bilməz, çünki Ermənistan uduzan tərəfdir. İrəvanın "güc zəmanəti" vermək üçün heç bir mənbəyi, potensialı yoxdur. Bəli, mədəni həyatı qorumaq mümkündür. Ancaq bununla kifayətlənməlidir.
- Erməni deputatlarının açıqlamaları ilə bağlı mövzuya davam edək. "Maariflənmiş Ermənistan" müxalif fraksiyasının lideri Edmon Marukyan "Azadlıq Radiosu"na verdiyi müsahibədə Qarabağın "müstəqilliyinin tanınması" ilə bağlı sualı cavablandırıb. Marukyan fikirlərini ehtiyatla ifadə edib, "bu anda bir çox problemin olduğuna" diqqət çəkib. Bu problemlərdən biri - mövcud olmayan bir quruluş hansı "sərhədlər"də tanınmalıdır? Əlbəttə ki, "kövrək bir sülhə və sülhməramlı qüvvələrin mandatına" ola biləcək zərbə onu narahat edir. Ermənistandakı qüvvələr Qarabağın "tanınması" barədə danışarkən nələrə ümid bəsləyirlər?
- Heç nəyə ümid bəsləmirlər. Bu, daxili siyasi çəkişmə və Ermənistandakı vəziyyətin laxlamasıdır. Hakimiyyət uğrunda mübarizə gedir, bu müddət ərzində istənilən şüarlardan istifadə etmək olar. Bolşeviklər belə etdi: "Kəndlilər üçün torpaq", "İşçilər üçün fabriklər" və s. Beynəlxalq həqiqətlər var, Ermənistan Qarabağı tanıyır, ya da tanımır, bu, heç nəyi dəyişmir.
Yeri gəlmişkən, postsovet məkanında yalançı dövlətlərin qismən "tanınması" faktlarını gördük. Abxaziya, Cənubi Osetiyanı nəzərdə tuturam. Bu nə verdi? İnsanlar bu ərazilərdə daha yaxşı yaşamağa başladılar? Yox. Əlavə olaraq, mən məqalələrimin birində bunu da qeyd etmişdim, Qarabağdakı vəziyyət Abxaziya və Cənubi Osetiyadan çox fərqlidir. Qarabağın ərazisi anklavdır. Nə Rusiya ilə, indi hətta Ermənistanla ortaq sərhədi yoxdur.
Heç kim, heç vaxt Qarabağı tanımayacaq, bu göz qabağındadır. Belə bir məsələ sadəcə artıq mövcud deyil. Ancaq Azərbaycanın narahat edəcəyi məsələ Qarabağda Rusiya pasportlarının yayıla biləcəyidir ki, bir müddət sonra məlum olacaq ki, orada erməni mənşəli Rusiya vətəndaşlarının yaşayır. Yeri gəlmişkən, bu pasportların verilməsi Ermənistanın özü üçün də təhlükədir, lakin bu artıq başqa bir söhbətin mövzudur.
- Erməni millətindən olan Qarabağ sakinlərinə Rusiya pasportu veriləcəyi barədə şayiələr Ermənistan tərəfindən çoxdan yayılıb. Ancaq Moskvada bu planların mövcudluğu, o cümlədən "Dağlıq Qarabağı RF-nin tərkibinə qatmaq kimi ekzotik təkliflər" inkar olunur, bu RF XİN rəhbəri Serqey Lavrovun ifadəsidir. O deyib ki, Moskva bu fikrin heç astanasından keçmir.
- Bilirsiniz, Ukrayna ilə Rusiya arasında sərhədlərin tanınmasına dair böyük bir siyasi müqavilə imzalanmışdı. Nə olsun? Vətəndaşlığa geri dönsək, Donbasda Rusiya pasportlarının paylanmasını gördük. Buna görə hər halda ən yaxşısına ümid bəsləmək, lakin hər cür varianta hazır olmaq lazımdır.  /oxu.az

Siyasi       Tarix: 05 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler