Aleksey Fenenko: "Ermənistanda hakimiyyətdə əksəriyyət utopiklərdir"
" class="imgbcode" />"İrəvanın Azərbaycan ərazisində yaratdığı saxta rejimin özünü ləğvi Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə həyata keçirilib".
KONKRET.az xəbər verir ki, bunu "Vestnik Kavkaza" saytı yazıb. Paşinyan bununla hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çalışıb. Mənbə bildiir ki, rəsmi Bakı öz tələblərini separatçılara çatdıranda "prezident" Samvel Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan vasitəsilə Nikol Paşinyanla əlaqə saxlayıb. Söhbət zamanı baş nazir Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə çağırıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının professoru, siyasi elmlər doktoru Aleksey Fenenko "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində bildirib ki, separatçı layihənin ləğvinə görə məsuliyyət Paşinyanın üzərinə düşür. Burada nə Rusiyanı, nə KTMT-ni, nə də Qərbi günahlandırmaq olmaz. Bu isə ona qarşı böyük narazılıq doğurur.
Paşinyan üçün indi Ermənistanda həddən artıq arzuolunmaz qüvvələr mövcuddur. Bunların əksəriyyəti Qarabağ klanının qalıqlarıdır. Onlar Azərbaycan torpaqlarından çıxdıqlarına görə qəzəblidirlər və Paşinyanı onlara kömək etməməkdə ittiham edirlər. Digər tərəfdən, Qarabağdan gələn qaçqınlara yardım etmək üçün hakimiyyətin kifayət qədər vəsaiti yoxdur.
Üçüncü tərəfdən, qaçqınlarla hər gün təmasda olmaq məcburiyyətində qalan insanlar var. Dördüncü, Paşinyan millətçilərə sübut etməlidir ki, separatçılara heç bir əmr verməyib".
Ekspert qeyd edib ki, Ermənistanda sentyabrın 20-dən sonra kütləvi iğtişaşlara rəhbərlik edəcək heç kim olmayıb: "Artıq Ermənistan cəmiyyətində müqavimətə rəhbərlik edəcək güc yoxdur. Bu illər ərzində sovet nəsli fəallığını itirib. Hakimiyyətə yeni insanlar gəlib, onların da çoxu utopikdirlər", – deyə politoloq bildirib.
Vəli Həsənov
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ