Aleksey Fenenko: "Təəssürat yaranır ki, Paşinyan Azərbaycanı kəskin addımlar atmağa təhrik edir" - MÜSAHİBƏ

Aleksey Fenenko: "Təəssürat yaranır ki, Paşinyan Azərbaycanı kəskin addımlar atmağa təhrik edir" - MÜSAHİBƏAleksey Fenenko: "Təəssürat yaranır ki, Paşinyan Azərbaycanı kəskin addımlar atmağa təhrik edir" - MÜSAHİBƏ
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilən videokonfransdan bir müddət sonra Qarabağa gedib və işğalçı rejim nümayəndələri ilə danışıqların nəticələrini müzakirə edib.
Baxmayaraq ki, gözlənildiyi kimi, videokonfrans real nəticələr vermədi, Zöhrab Mnatsakanyan Qarabağda etdiyi çıxışda danışıqlar prosesində qondarma rejimin iştirakının zəruriliyini təkrarladı. Daha sonra Ermənistan KİV-lərinə verdiyi müsahibədə Ermənistan Xarici İşlər naziri Ermənistanın Qarabağda "təhlükəsizlik və azadlığın yeganə qarantı" olduğunu bildirdi.
Ancaq ilk dəfə deyil ki, işğalçı Qarabağ rejimi... "işğal altındakı ərazilərin işğalına son qoyulmasını" tələb etdi (söhbət Azərbaycanın nəzarətində olan Qarabağın şimal hissəsindən gedir - red.). Bu, münaqişəni həll etmək üçün mərhələli plan üzrə aparılan sülh danışıqları ilə necə uzlaşa bilər? Yenidən Qarabağ xalqının (əlbəttə, azərbaycanlılarsız) fikirlərini nəzərə almağın zəruriliyi haqqında fikirlər səsləndirildi.
Bu barədə tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Media.Az-a müsahibə verib.
- Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə videokonfrans formatında görüş keçirildi. Heç bir nəticə əldə olunmadı. Lakin sonra Qarabağın işğalçı rejimi "işğal olunmuş əraziləri" geri qaytarmaq niyyətlərini açıqladı. Söhbət Azərbaycanın nəzarəti altında qalan Qarabağın şimal ərazilərindən gedir. Nə baş verir?
- Bu mesajın Azərbaycana ünvanlanmadığı aydındır. Bakıda bu, neqativ münasibətdən başqa bir şey yarada bilməz, dünyanın digər ölkələrində isə təəccüblə qarşılanacaq. Mən burada iki variant görürəm. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı hər hansı kəskin addımlar atmağa təhrik edib, daha sonra danışıqları pozmaqda günahlandırmağı düşünür.
İkinci məqam Nikol Paşinyana Qarabağ rejimi tərəfindən müəyyən təzyiqlərin olmasıdır. Bu, Ermənistan baş nazirinin onları nə qədər müdafiə etməyə hazır olduğunu yoxlamaq cəhdi ola bilər. İstənilən halda, bu, "planlaşdırılmış təxribat"dır.
- Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağa səfər etdi. Yenə də müzakirələrdə Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan "xalqlarının" münaqişənin sülh yolu ilə həlli variantına razılığının zəruriliyinə toxunub. "Qarabağ xalqı" ifadəsi altında bu ərazinin yalnız erməni əhalisi nəzərdə tutulur.
- Bu, ATƏT-in Minsk qrupunun prinsiplərinə tamamilə ziddir. Heç bir yerdə "Dağlıq Qarabağ xalqı"nın (dırnaq işarələri bizimdir - red.) danışıqların subyekti olduğu qeyd edilmir. Söhbət ilk gündən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən gedib.
Əgər Nikol Paşinyan, Xarici İşlər Nazirliyi vasitəsilə də olsa, belə açıqlama verməyi məqbul bilirsə, sual yaranır: ümumiyyətlə, o, ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətini davam etdirmək fikrindədirmi? Əgər bu qrupun "ölü" olduğuna inanırsa, qoy bunu açıq və konkret şəkildə söyləsin və Ermənistanın danışıqlarda iştirakını dayandırıldığını elan etsin. Lakin o, bunu etmir və qarşı tərəfi təxribata çəkmək məqsədi hiss olunur.
Bir daha vurğulayıram ki, danışıqların nəticəsiz qalması qaçılmaz idi. Dağlıq Qarabağ münaqişəsi ətrafında vakuum yaranıb. Nikol Paşinyan qərar verməlidir: əvvəlki plandan imtina edirmi? /oxu.az

Siyasi       Tarix: 07 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri