Aleksey Venediktov cinsi təcavüzdə ittiham edilir
Aleksey Navalnının keçmiş mətbuat katibi Anna Veduta "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktovu cinsi təcavüzdə ittiham edib.
Publika.az xəbər verir ki, Veduta Venediktovun onu 2012-ci ildə şam yeməyinə dəvət etdiyini, şamdan sonra Tatyana Felgenhauer və Oksana Çijlə bərabər onu evlərinə qədər ötürməyi təklif etdiyini bildirib.
"Birgə Venediktovun maşınına əyləşib getdik. Tanya və Oksana maşından birgə düşdü, bundan sonra maşında mən, Venediktov və sürücüsü qaldıq. Venediktov mənə yaxınlaşaraq qucaqladı, dizlərimə toxundu. Mən ondan bunu etməməsini xahiş etdim, avtomobil dayananda isə oradan güllə kimi çıxdım. Bundan sonra Venediktov məni evə ötürməyi təklif etdi və bunun daha təhlükəsiz olacağını dedi. Evimin qarşısında o, evdə kiminsə olub-olmamasını soruşdu və sonra məni öpdü", - o deyib.
Venediktov isə Vedutanın ittihamlarını rədd edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək