Alen Delon itləri ilə dəfn olunacaq
Alen Delon bu həftə Fransanın şimalındakı Souls kommunasında 35 itinin basdırıldığı kilsədə dəfn ediləcək.
Bu barədə BFMTV kanalı məlumat yayıb. Bu, aktyorun son vəsiyyəti olub.
Mərasim Delonun istəyinə uyğun olaraq ciddi məxfilik şəraitində keçiriləcək. O, həyatı boyu 50-dən çox itə sahib olub və heyvan hüquqları müdafiəçisi olub.
Bir dəfə müsahibə zamanı Delondan sonrakı həyatında kim olmaq istədiyini soruşduqda, aktyor belə cavab verib: "Mən Alen Delonun iti olmaq istərdim, yəni özümün".
Qeyd edək ki, Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib.
///BAKU.WS / azxeber.com