Ali Baş Komandanın rəhbərliyi ilə dünyada yeni səhifə açmış olduq' - Deputat

Ali Baş Komandanın rəhbərliyi ilə dünyada yeni səhifə açmış olduq' - Deputat"Biz hər zaman ümidlə yaşayırdıq. Şükürlər olsun ki, məhz Ali Baş Komandanın sayəsində biz bu zəfəri əldə etdik".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Müşviq Cəfərov Zəfər Gününün ikinci ildönümü ilə bağlı danışarkən deyib.
Ali Baş Komandanın rəhbərliyi ilə dünyada yeni səhifə açmış olduq' - DeputatDeputat qeyd edib ki, qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə artıq 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etdilər:
"Qarşıdan gələn Zəfər Günümüz mübarək olsun. İllərdir ki, biz bu bayramın qeyd olunmasını gözləyirdik. Hər il bayramlar olduqca onun növbəti ildə Qarabağda qeyd olunmasını arzulayırdıq, ələlxüsus da bizim milli bayramlarımızı. Biz o ümidlə yaşayırdıq. Şükürlər olsun ki, məhz Ali Baş Komandanın sayəsində biz bu zəfəri əldə etdik. Artıq bu zəfər bizə Qarabağı qazandırdı. Şəhidlərimiz oldu, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyirik. Təbii ki, vətən şəhidsiz olmur, yəni torpaq uğrunda ölən varsa, vətəndir. Bu deyimiz biz hər zaman deyirik. Şəhidlərimizi də hər zaman anmalıyıq, onları yaşatmalıyıq. Çünki o oğullar bizim 44 günlük müharibədə böyük qəhrəmanlıq göstərdilər. Bu qəhrəmanlığın da nəticəsində çox qısa bir müddətdə Ali Baş Komandanın rəhbərliyi ilə artıq 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etdilər". 
Deputat bildirib ki, azad etdiyimiz torpaqlarda artıq dirçəliş baş verir:
"Şükürlər olsun ki, artıq bu gün orada dirçəliş baş verir. Böyük qayıdış davam edir. Həmin torpaqlar artıq öz sahiblərinə qovuşub. O torpaqlarda infrastruktur layihələri həyata keçirilir. Kəndlər, qəsəbələr salınır, bərpa olunur. Şəhər və rayonlar qurulur. Çox tezliklə bizim müdrik rəhbərimizin sayəsində biz o torpaqları, həmin rayonları tam bərpa edəcəyik. Artıq küfləvi şəkildə ora qayıdış baş verəcək. Həmin ərazilərlə bağlı yeni konsepsiyalar işlənilir. İşlər planlı şəkildə aparılır. Təbii ki, bu Zəfər Günü hər bir Azərbaycan vətəndaşına qürurverici hislər yaşatdı". 
Müşviq Cəfərovun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi ilə biz regionda və dünyada yeni bir səhifə açmış olduq:
"Biz artıq demirik ki, bizim torpaqlarımız işğal altındadır, artıq deyirik ki, biz qalib bir xalqın nümayəndəsiyik. Biz qələbə qazanmış xalqıq və dövlətik. Bu torpaqlar da bizim dədə-baba torpaqlarımızdır. Bu torpaqları biz gələcək nəsillərə ötürmüş olduq, problemləri onlara saxlamadıq. Çünki bu problem hər bir azərbaycanlının – istər Azərbaycanda yaşayan, istər xaricdə yaşayan – hər birimizin ürəyində idi. Bu, ürəyimizdə bir yara kimi yer almışdı. Problem sözünü dilimizə gətirəndə ilk olaraq məhz Qarabağ problemi qeyd olunurdu. Şükür ki, artıq bu problem yoxdur. Onlar artıq tarixə qovuşdu. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün biz regionda və dünyada yeni bir səhifə açmış olduq. Dünyada bizi bəzi ölkələr, bəzi insanlar tanımırdısa, artıq hər kəs tanımış oldu. Çünki biz məhz qəhrəmanlıq göstərərək öz torpaqlarımızı işğaldan azad etmiş olduq".
Aydın Nuri

Siyasi       Tarix: 08 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne