Alimentin tutulması proseduru ilə bağlı yenilik

Alimentin tutulması proseduru ilə bağlı yenilik"Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın müddəaları Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.
KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan Konvensiyanı 18 yaşınadək uşaqlara münasibətdə valideyn-uşaq münasibətlərindən yaranan aliment öhdəliklərinə tətbiq edir. Qeyd edək ki, Konvensiya 21 yaşınadək şəxslərə münasibətdə valideyn-uşaq münasibətlərindən irəli gələn aliment üzrə öhdəliklərə tətbiq olunur, ancaq Konvensiyaya görə razılığa gələn dövlət bunun tətbiqini 18 yaşına çatmamış şəxslərlə məhdudlaşdırmaq hüququnu özündə saxlaya bilər.
Mərkəzi icra orqanları arasında hər hansı digər əlaqələrin həyata keçirilməsi zamanı fransız dilindən istifadə olunmasından imtina edir. Belə hər hansı digər əlaqələr Azərbaycan və ya ingilis dillərində həyata keçiriləcək. Tərəf dövlətlər beynəlxalq sazişlərin bağlanması daxil olmaqla, valideyn (valideynlər) və ya digər məsuliyyətli şəxslərdən, xüsusilə belə şəxslər uşağın yaşadığı dövlətdən fərqli dövlətdə yaşadıqları halda uşaqlara görə alimentin tutulmasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidirlər.
Qeyd edilib ki, Konvensiyanın məqsədi xaricdə uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydasının səmərəli təmin edilməsidir. Bu aşağıdakı vasitələrlə təmin edilməlidir:
– razılığa gələn dövlətlərin orqanları arasında hərtərəfli əməkdaşlıq sisteminin yaradılması;
– aliment barədə qərarların verilməsi haqqında müraciətlərin verilməsi üçün imkanların yaradılması;
– aliment barədə qərarların tanınması və icrasının təmin edilməsi
– aliment barədə qərarların qısa müddətdə icrası üçün səmərəli tədbirlərin tələb edilməsi.
Razılığa gələn dövlətlərə, o cümlədən beynəlxalq sazişlərin köməyilə aliment qismində ödəniləcək vəsaitlərin köçürülməsi üzrə maksimum qənaətcil və səmərəli üsulların təşviq olunması tövsiyə edilir.

Siyasi       Tarix: 23 sentyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər ən son xəbərlər bugün son xəbər cəbhədən son durum