Alimlər: Diş əti xəstəliyi yüksək bağırsaq xərçəngi riski ilə əlaqəlidir
ABŞ-nin Fred Xatçinson adına Xərçəng Xəstəliyini Araşdırma Mərkəzinin alimləri parodontal xəstəlik zamanı ağızda çox rast gəlinən "Fusobacterium nucleatum" bakteriyasının bağırsaqlarda şişlərin böyüməsini stimullaşdıra biləcəyini aşkar ediblər.
KONKRET.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Alimlər tədqiqat zamanı parodontal xəstəlikləri olan insanların ağız mikrobiomunun (bütün mikroorqanizmlərin məcmusu) tərkibini — diş əti iltihabı, pariodontit, parodontal xəstəlik və bağırsaq xərçəngini təhlil ediblər. Elmi işlərdə bu xəstəliklər olmadan könüllülərin sağlamlıq vəziyyəti haqqında məlumatlar da iştirak edib.
Tədqiqatçılar müəyyən ediblər ki, diş əti xəstəliyi olan insanlarda rast gəlinən "fusobacterium nucleatum" (F. nucleatum) bakteriyası bəzi növ bağırsaq xərçəngi şişlərində də var. "Fna" adlanan spesifik "F. Nucleatum" ştammına ən çox bədxassəli şişlərdə rast gəlinir.
Alimlər daha dərin araşdırmadan sonra iki növ "Fna" müəyyən ediblər. Lakin yalnız bir növ "Fna C2", yoğun bağırsaq xərçəngi ilə əlaqələndirilib. Siçanlar üzərində aparılan əlavə təcrübələr göstərdi ki, gəmiricilərin "Fna C2" ilə yoluxması onlarda bu xəstəliyin inkişafına səbəb olub.
Tədqiqatçılar "Fusobacterium nucleatum"un həzm sistemində inkişaf edə biləcəyini və xüsusi (hələ öyrənilməmiş) mexanizmlərdən istifadə edərək şişin böyüməsini stimullaşdıra biləcəyini güman ediblər. //report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var