Alimlər gələcək pandemiyaya qarşı peyvənd HAZIRLAYIR

Alimlər gələcək pandemiyaya qarşı peyvənd HAZIRLAYIRBritaniya alimləri "X xəstəliyi" adlandırdıqları yeni potensial pandemiyaya qarşı vaksinlər hazırlayırlar.
KONKRET.az xəbər verir ki, Uiltşir qraflığındakı "Porton Daun" laboratoriya kompleksində 200-dən çox alim layihə üzərində işləyir.
Onlar insanlara yoluxa bilən və tez bir zamanda bütün dünyaya yayılacaq təhlükəli heyvan viruslarının siyahısını tərtib ediblər.
Amma bu xəstəliklərin hansının növbəti pandemiyaya çevriləcəyi hələ məlum deyil, ona görə də bu, "X xəstəliyi" adlandırılıb.
"Sky News" telekanalının jurnalistləri yüksək təcrid şəraitində tədqiqatın necə aparıldığını görmək üçün Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin nəzarəti altında olan laboratoriyaya buraxılıblar.
Alimlər hazırda gəmiricilər tərəfindən yayılan quş qripi, meymun çiçəyi və hantavirus da daxil olmaqla bir neçə yüksək riskli patogenləri izləyirlər.
Məlumata görə, ilk uğurlardan biri gənələrin törətdiyi və ölüm faizi yüksək olan Krım-Konqo hemorragik qızdırmasına qarşı dünyada ilk vaksinin hazırlanmasıdır.
Bu peyvəndin klinik sınaqları ilkin mərhələdədir və 24 könüllü üzərində sınaqdan keçiriləcək. Qeyd edək ki, qlobal temperaturun artması xəstəliyin yayılmasına kömək edir və bəzi turistlər artıq infeksiya ilə Britaniyaya qayıdıblar.
Quş qripi də təhlükəli hesab olunur. Belə ki, Britaniyada H5N1 xəstəliyindən çoxlu sayda dəniz quşunun öldüyü bildirilir. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi virusun simptomlar olmadan yayılmasının mümkün hallarını araşdırmaq üçün quşlarla yaxın təmasda olan insanları izləməyə başlayıb.
İqbal Rzayev,
KONKRET.az

Sağlamlıq       Tarix: 08 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi en son xəbərlər bugün cəbhədən yeni xəbərlər cəbhədən xəbər