Allahşükür Paşazadə: Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır
Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır.
azxeber.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın "Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət" adlı plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın islamofobiya ilə bağlı mübarizədə mühüm addımlar atması ölkənin nüfuzunu bütün dünyada artırır: "Dinlərarası harmoniya mühitində multikultural yaşayışımız bütün dünyada model kimi təqdim edilir. Azərbaycan dünyaya islam həmrəyliyini təbliğ edir və bu sahədə əməli addımlar atır. Bütün bunlar islam əməkdaşlığına mühüm töhfələr verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə ibadət yerlərinin bərpası, yenidən qurulması multikultural əməllərin bariz nümunəsidir".
A.Paşazadə dini dəyərləri öz məqsədləri üçün təhrif edənlərə qarşı da mübarizəni artırdıqlarını bildirib: "İslamobiyaya qarşı dövlətlər səviyyəsində mübarizələr aparılsa da, ksenofobiyanın qarşısını almaq mümkün olmayıb. Bu gün İsveç, Danimarka, Fransa və bir sıra Qərb ölkələrində islamofobiyanın dərin təzahürləri müşahidə olunur. Müsəlmanlar bu kimi ölkələrdə diskriminasiyaya məruz qalırlar. Bütün bunlar Avropanın reallığıdır. İslam dünyasının ayrılmaz parçası, Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan milli, dini və irqi zəmində ayrıseçkilik hallarını daim pisləyib".

Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto