Allergiya nədir?

Allergiya nədir?Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.
Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər. Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır.
Anafilaktik şok müxtəlif allergenlərdən yarana bilər: dərman preparatlarındna, həşərat sancmalarından və qida məhsullarından. Anafilaktik şok hətta dərinin lateks adlanan bitkiyə toxunmasından belə yarana bilər. Qida allergiyası immun sisteminin müəyyən qida məhsullarına qarşı göstərdiyi bir reaksiyadır. Bu allergiya növü orqanizmin hər hansısa bir qida məhsulunu onun üçün təhlükəli olaraq qəbul etməsi zamanı yaranır və özünümüdafiə üçün immun sistemini antikor istehsal etməyə məcbur edir.
Bəzi hallarda böyük yaşlı insanlarda uşaq vaxtı müşahidə olunan allergiya keçib gedir. Lakin allergiya böyük yaşlarda yaranıbsa ondan azad olmaq çox çətindir. Allergik zökəm (mütəxəssislər bunu rinit adlandırır) 10 nəfərdən 1-də müşahidə olunur və bu adətən irsi keçmədir.
Belə allergiya əsasən kişilərdən çox qadınlarda yaranır. Allergik zökəm zamanı yaranan simptomlar: gözlərdə, burunda, boğazda və damaqda qaşınmalar, asqırma, burun tutulması, göz yaşarması, burundan axan seliklikli axıntı, konyuktivit (gözlərdə ağrı və qızartı). Bəzi ağır hallarda isə allergik zökəm astma yaradır (astmadan əziyyət çəkən insanlarda).
Allergiyanın yaranma səbəbləri
Bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenler) kəskin reaksiya verərək müxtəlif kimyəvi maddələr istehsal edir. Onlardan biri allergik  simptom yaradan histamindir. Orqanizmin reaksiyası (allergen, qida qəbulunda) tənəffüs və dəri kontaktı ilə yaranır. Allergenlər  heyvan tükləri, narın tüklər, müxtəlif ərzaqlar, toz, dərman preparatları, kosmetik məhsullar, siqaret tüstüsü ola bilər.
Allergiyanın simptomları
Allergik reaksiyalar bədənin müxtəlif yerlərində yaranaraq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.
-yuxarı tənəffüs yolları: allergik rinit, astma;
-qızarmış, sulanmış gözlər;
-əzələ ağrıları;
-ishal, qusma, mədə pozuntusu.
Ağırlaşmaları:
-anafilaktik şok (kəskin allergik reaksiya)
-ağırlaşmış və ya xırıltılı nəfəs;
-sürətli nəbz;
-soyuq tər;
-yapışqan dəri;
-mədə spazmları;
-başgicəllənmə;
-ürəkbulanma;
-qıcolmalar.
Tibbi müdaxilə olmadan ağır allergiya ölümlə nəticələnə bilər.
Allergiya zamanı profilaktik tədbirlər
Çalışın sizdə allergiya yaradan məhsulları müəyyən edə biləsiz və onlardan hər zaman uzaq olasınız. Evinizin hər zaman təmiz olmasına, toz, tük və gənələrdən təmizlənməsinə nəzarət edin. Evinizi süpürərkən, tozsoranla təmizləyərkən, mebelləri çırparkən, yataq dəstini dəyişərkən və ümumiyyətlə tozla bağlı digər işlərlə məşğul olarkən çalışın burnunuzu bağlayın (təmiz tənzif və ya maskayla). Heyvanlara qarşı allergiya varsa evdə heyvan saxlamayın.
Əgər sizdə ağır dərəcəli allergiya varsa ailə üzvlərinizi iş yoldaşlarınızı və həkiminizi xəbərdar etməyi unutmayın!
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler