Almaniya 10 milyard avroya F-35 qırıcı təyyarəsi alacaq
Almaniya ABŞ istehsalı olan 35 ədəd beşinci nəsil F-35 qırıcılarının alınması üçün 10 milyard avro (10,5 milyard dollar) ayıracaq.
KONKRET.azxəbər verir ki, bu barədə Bloomberg agentliyi AFR hökumətinin müvafiq sənədinə istinadla məlumat yayıb.
Sənədə əsasən, təyyarələrin tədarükü 2026-2029-cu illər üçün nəzərdə tutulur. Sövdələşmə Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün 100 milyard avronun ayrıldığı xüsusi fond hesabına həyata keçiriləcək. Berlin, eyni zamanda, "hava-yer" raketləri alacaq və yerüstü hərbi infrastrukturu təkmilləşdirəcək.
Kansler Olaf Şolts noyabrın 30-da Berlin Təhlükəsizlik Konfransında çıxışı zamanı vurğulayıb ki, Almaniyanın atom bombası yoxdur, lakin F-35 qırıcıları Amerikaya məxsus nüvə başlıqlarını daşıya bilər. İndiyədək bu funksiyanı "Tornado" kəşfiyyat təyyarələri yerinə yetirirdi. Onların da istismar müddətinin 2025-ci ildə başa çatacağı gözlənilir. Hələ 2019-cu ildə Berlinin bu təyyarələri F-35 qırıcıları ilə əvəzləmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı.//AzərTAC
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü