Almaniya Bundesliqası bərpa olunur

Almaniya Bundesliqası bərpa olunurMayın 16-da iki aylıq fasilədən sonra Almaniya milli çempionatı bərpa olunur.
Publika.az xəbər verir ki, 26-cı turun oyunları üç gün davam edəcək. Tura ilk oyunun maraq doğuran görüşlərindən biri
"Signal İduna Park" stadionunda baş tutacaq. "Borussiya Dortmund" öz meydanında "Şalke" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Turun eyni vaxta başlayan görüşlərində "Leyptsiq" "Frayburq"u, "Auqsburq" "Volfsburq"u, "Fortuna Düsseldorf" "Padeborn"u, "Hoffenhaym" "Herta"nı qəbul edəcək. Günün sonuncu görüşü saat 20:30-da "Ayntraxt Frankfurt" və "Borussiya Mönhenqladbax" arasında baş tutacaq.
Mayın 17-də "Köln" "Maynts"ı, "Bavariya" isə "Union Berlin"i qəbul edəcək. Tura mayın 18-də keçiriləcək "Verder" - "Bayer Leverkuzen" oyunu ilə yekun vurulacaq.
Xəbər verdiyimiz kimi Almaniya Futbol Federasiyası klubların rəhbərliyi və assosiasiya nümayəndələri ilə keçirdiyi videokonfransda bir sıra qərarlar qəbul edib.
Birinci və İkinci divizionlarda keçirilən oyunlarda beş əvəzetmə olacaq. Bu qərar iki ay fasilədən sonra futbolçuların zədələnməsi riskini azaltmağa imkan yaradacaq.
Həmçinin iclasda mövsümün tamamlanmaması qərara alınarsa və mövsüm yenidən dayandırılarsa, turnir cədvəlindəki yerlərin bölüşdürülməsi barədə qərar iki həftə ərzində veriləcək. Bundan əlavə, lazım gələrsə komandalar digər stadionlarda oyun keçirə bilərlər.
Qarşılaşmalarda meydan və tribunalarda olmaqla, 322-dən çox şəxs iştirak edə bilməyəcək. Komandaların stadiona gəlişləri ciddi nəzarətə götürüləcək. Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyundan əvvəl kollektivin foto və əlsıxması ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə son 7 ilin çempionu "Bavariya" 55 xalla başçılıq edir. Dortmund "Borussiya"sı 51 xalla ikinci, "Leyptsiq" 50 xalla üçüncüdür. Turnir cədvəlini 18 xalla "Verder" və 16 xalla "Paderborn" qapayır.

İdman       Tarix: 16 may 2020
f Paylaş

Oxşar xəbərlər

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan