Almaniyada 700 təyyarə reysi ləğv edilir
Almaniyada 700 təyyarə reysi ləğv edilir
Almaniyanın dörd hava limanında təhlükəsizlik işçilərinin 48 saatlıq xəbərdarlıq tətilinə görə uçuşların əksəriyyəti dayandırılıb.
Müxtəlif mülki aviasiya xidmətlərinin işçilərini birləşdirən həmkarlar ittifaqı "Ver.di"nin təhlükəsizlik işçiləri işəgötürənlərlə əməkhaqlarının artırılması ilə bağlı danışıqlarda razılığa gələ bilməyiblər. Bu səbəbdən dünən axşamdan Hamburq, Köln/Bonn və Düsseldorf hava limanlarının fəaliyyəti 48 saat müddətinə dayandırılıb. 100 000-dən çox sərnişinin uçuşların ləğvindən zərər görəcəyi gözlənilir.
Almaniya Hava Limanları Assosiasiyası (ADV) tətilin məqbul olandan çox kənara çıxdığını və tamamilə yersiz olduğunu bildirib.
Tətil səbəbindən hava limanlarında 700 uçuş ləğv ediləcək.
"Ver.di" həmçinin cümə günü Ştutqart hava limanında təhlükəsizlik işçilərini istefaya çağırıb. Bu hava limanında nə qədər reysin ləğv ediləcəyi bəlli deyil.
Mənbə: Anadolu / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu