Almaniyada "nasist fövqəladə vəziyyəti" elan edildi
Almaniyanın şərqindəki Drezden şəhərində "nasist fövqəladə vəziyyəti" elan edilib.
Publika.az xəbər verir ki, Saksoniya federal əyalətinin paytaxtı olan bu şəhər ifrat sağ qüvvələrin mərkəzi və islam əleyhinə "Pegida" hərəkatının yarandığı yer kimi tanınır.
2025-ci ildə Avropanın Mədəniyyət Paytaxtı elan olunmuş Drezdenin şəhər Şurası qərara gəlib ki, neonasistlərin qarşısını almaq üçün tədbirlər görülməlidir. Yerli konsul Maks Açenbax BBC-yə deyib ki, təbii fəlakət kimi, nasizm də qarşısının alınması lazım olan bir bəladır. Onun sözlərinə görə, şəhərdə demokratik cəmiyyət ciddi təhlükə ilə üz-üzədir.
Şəhər şurasının üzvləri siyasətçiləri ifrat sağ təmayüllü ekstremistlərlə mübarizədə ciddi səy göstərməməkdə ittiham edirlər. Burada qəbul edilmiş qətnamədə bildirilir ki, şəhər əhalisi bu qüvvələrin təzyiqinə və zorakılığına məruz qalan insanlara kömək etməli, etnik azlıqları və miqrantları qorumalıdır. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib