Almaniyada təcili eniş edən "Silk Way Airlines" təyyarəsi uçuşa hazırlaşır
Almaniyada təcili eniş edən "Silk Way Airlines" təyyarəsi uçuşa hazırlaşır
Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinin Leypsiq-Qao (Mali) reysini həyata keçirən "İl-76" təyyarəsi Almaniyadan havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıqla üzləşib və uçuş aeroportunda eniş etmək məcburiyyətində qalıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə Almaniyanın şərqindəki "Leypsiq-Halle" hava limanına təhlükəsiz eniş edib və texniki xidmətdədir.
"Uçuş proqramına əsasən, onun bir neçə saatdan sonra uçuş həyata keçirəcəyi gözlənilir. Qeyd edək ki, bu vəziyyət heç bir şəkildə uçuşların təhlükəsizliyinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istərdik ki, uçuş əməliyyatları qaydalarına və istehsalçının göstərişlərinə, habelə yerüstü xidmətlərin təlimatlarına uyğun olaraq, hava gəmisi plandankənar eniş zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə göyərtədə olan yanacaq müvafiq normaya uyğun hala gətirilməlidir", - "Silk Way Airlines"dən bildiriblər.
Qeyd edək ki, yanacağı yandırmaq üçün "İl-76" pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurub və bu, təxminən üç saat çəkib. Yerli vaxtla saat 13:54-də təyyarə "Leypsiq-Halle" hava limanına enib. / oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi