Almaniyanın qərarı Prezident İlham Əliyevin innovativ xarici siyasət kursunun təntənəsidir – ŞƏRH

Almaniyanın qərarı Prezident İlham Əliyevin innovativ xarici siyasət kursunun təntənəsidir – ŞƏRH Almaniyanın qərarı Prezident İlham Əliyevin innovativ xarici siyasət kursunun təntənəsidir – ŞƏRH
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Almaniya Federativ Respublikasının Ermənistanın təxribatının qarşısının alınması ilə bağlı qərarını şərh edib.
E.Nəsirov Oxu.Az-a açıqlamasında deyib ki, Dağlıq Qarabağda martın 31-də keçirilən qondarma "parlament və prezident seçkilərinin" ardınca Almaniyanın addımı çox müsbət hadisədir.
Deputatın fikrincə, Almaniya dövlətinin Qarabağ separatçılarının ölkədəki "nümayəndəliyini" bağlamaq qərarı rəsmi Berlinin Azərbaycana yüksək önəm verdiyinin göstəricisidir. Komitə üzvü iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlərin tarixi ilə bağlı bir neçə faktı da xatırladıb:
"Almaniya-Azərbaycan münasibətləri kifayət qədər yaxşıdır, ikitərəfli əlaqələr müsbət tempdədir. 1995-1996-cı illərdə Azərbaycan tərəfinin mövqeyi belə idi ki, Almaniya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olsun. Səbəb də bu idi ki, Almaniyada çox böyük türk diasporu var və ermənilərin mövqeləri zəifdir. Digər məsələ isə bundan ibarət idi ki, Almaniyanın "Demineks" şirkəti "Əsrin müqaviləsi"ndə iştirak etmək mövqeyini ortaya qoymuşdu".
Millət vəkilinin fikrincə, Almaniyanın qondarma rejimin "nümayəndəliyinin" fəaliyyətinin ləğvi barədə qərarı Azərbaycan Prezidenti İlham Əliyevin fəal, çevik, hücum praktikasına söykənən, innovativ xarici siyasət kursunun təntənəsidir.
"Bununla Ermənistan tərəfinə bir daha xatırladıldı ki, onların qondarma rejimin təbliği barədə siyasəti iflasa uğrayacaq", - deyə E.Nəsirov əlavə edib.
Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyi (XİN) qondarma "Arsax Respublikası"nı tanımadığını bəyan edib. Bununla yanaşı bildirib ki, Almaniyada bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri, nə də qəbul edilmiş nümayəndəliyi mövcuddur.
Almaniyanın Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən, bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. "Buraya, həmçinin, o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır", - deyə Almaniya XİN bildirib.
Beləliklə, rəsmi Berlin qondarma "Arsax Respublikası"nın Almaniyadakı daimi nümayəndəliyi"nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyanat verib. Rəsmi Berlinin bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə Almaniyada az qala "Arsaxın Almaniyadakı səfiri" kimi təqdim olunan Arutyun Qriqoryana xəbərdarlıq edilib:
"Bununla bağlı Almaniya XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb".
Aqşin Kərimov

Siyasi       Tarix: 24 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə