Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?

Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının pensiya yaşına çatarkən alacaqları maliyyə ödənişləri ilə bağlı qaydalar ayrıca əksini tapıb.
azxeber.com "Yeni Sabah"a istinadla xəbər verir ki, sənədə əsasən, pensiya yaşına çatması səbəbindən öz istəyi ilə işdən ayrılan və ya dövlət qulluğunda olmanın son yaş həddinə çatdığı üçün qulluğuna xitam verilən şəxslərə birdəfəlik haqq ödənilə bilər.
Təklif olunan mexanizmə görə, ödənişin hesablanacağı dövrü dövlət qulluqçusunun özü müəyyənləşdirəcək. Şəxs birdəfəlik ödənişi ya son 24 aylıq qulluq dövrü, ya da seçəcəyi ardıcıl 60 ay ərzində aldığı orta aylıq məvacib əsasında tələb edə bilər. Birdəfəlik haqqın məbləği həmin orta aylıq məvacibin 6 misli həcmində müəyyən edilir.
Layihənin mühüm detallarından biri də bu ödənişin vergidən, məcburi dövlət sosial sığorta haqqından və digər icbari tutulmalardan tam azad edilməsidir.
Məcəllədə, həmçinin başqa bir vacib sosial təminat mexanizmi də yer alıb. Pensiya yaşına çatması və ya əlilliyi səbəbindən öz təşəbbüsü ilə qulluqdan çıxan, minimum tələb olunan staja malik, lakin əmək pensiyası hüququ qazanmayan şəxslərə ömürlük müavinət təyin olunacaq. Həmin müavinətin məbləği fəaliyyətini davam etdirən dövlət qulluqçularının maaş artımlarına paralel olaraq müntəzəm şəkildə yenidən hesablanacaq.

İqtisadiyyat       Tarix: 01 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az son xeber.az en son xeber sonxeberler