Altayda türklərə məxsus qayaüstü təsvir aşkar edilib
Altayda türklərə məxsus qayaüstü təsvir aşkar edilib
Altay Respublikasının (Rusiya) Koş-Ağaç bölgəsindəki Taldura çayı ərazisində, X-XIX əsrlərə aid qayaüstü təsvirlər aşkar edilib.
Bu barədə Altay Dövlət Universitetinin Böyük Altay elm və təhsil mərkəzinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, qayada atlı və həmin dövrlərə aid dəbilqə təsviri olub.
O da vurğulanıb ki, petroqliflərin tarixini müəyyənləşdirmək kifayət qədər çətindir. Lakin tapıntının X əsrdən XIX əsrə qədər ola biləcəyi düşünülür.
Mütəxəssislər tapıntını qiymətli mənbə hesab ediblər. Çünki türk dövrünə aid dəfn və xatirə komplekslərinin gələcək tədqiqatlara böyük təkan verəcəyini düşünürlər.
Hazırda arxeoloqlar tapılan materialları təhlil edirlər. Onlar öz işlərinin nəticələrini 18-20 oktyabr 2023-cü il tarixlərində Altay Dövlət Universitetində keçiriləcək "Slavyan və türk xalqlarının tarixdə və müasirlikdə birliyi" III Beynəlxalq Altay Forumunda təqdim etməyi planlaşdırırlar.
Mənbə: TASS / oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi