Amerika məhkəməsi jurnalisti cərimələyib
Kolumbiya Dairə Məhkəməsi reportajlarının biri ilə bağlı informasiya mənbələrini açıqlamaqdan imtina etdiyinə görə jurnalist Ketrin Herricin cərimələnməsi barədə qərar qəbul edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, jurnalist mənbələrini məhkəməyə açıqlayanadək gündəlik 800 dollar ödəməli olacaq. Məhkəmə hökmə etiraz etmək üçün cərimənin ödənilməsinə 30 gün möhlət verib.
2017-ci ildə "Fox News" kanalında işləyərkən K.Herric öz mənbələrinə istinadən FTB-nin çinəsilli alim Yanpin Çenlə maraqlandığını və onun Çin hərbçiləri ilə əlaqəsi olduğundan şübhələndiyini bildirmişdi.
Doktor Çen həm istintaqa, həm də onun haqqında mətbuata məlumatların ötürülməsinə görə FTB-ni məhkəməyə verib. İddiaya baxılarkən məhkəmə iddiaçının vəsatəti əsasında Herricdən öz mənbələri haqqında məlumat verməyi tələb edib. Jurnalist imtina etdiyi üçün tezliklə məhkəməyə hörmətsizlikdə ittiham olunub.
Jurnalistin vəkilləri məhkəmənin qərarına etiraz edəcəklərini bildiriblər.
Xatirə SADİQ,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi