Amerikalı analitiklər: "Putin Ərdoğanla danışmaq istəmir"
"Rusiya prezidenti Vladimir Putin taxıl sazişinin uzadılması ilə bağlı danışıqlar təklif edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişlərinə məhəl qoymur".
KONKRET.az xəbər verir ki, bu barədə diplomatların və analitiklərin sözlərinə istinadən "The Wall Street Journal" nəşri yazıb.
Son həftələrdə Ərdoğan bir neçə dəfə Ukrayna ərzaq məhsullarının Qara dəniz limanlarından ixracına icazə verən müqaviləni yeniləmək barədə Putinlə danışmaq istəyib. Lakin, İndiyədək Türkiyə və Rusiya prezidentləri telefonla belə danışmayıb. Diplomatların fikrincə, Türkiyə hakimiyyəti bu problemi Kremllə digər kommunikasiya kanalları vasitəsilə həll etməyə çalışır.
İyulda Ərdoğan Rusiya ilə müqavilənin şərtlərinə görə müharibənin sonuna qədər Türkiyədə qalmalı olan Azov komandirlərini Ukraynaya qaytarıb. Analitiklər hesab edir ki, məhz bundan sonra Rusiya hakimiyyəti qəzəblənərək taxıl müqaviləsini uzatmaqdan imtina edib.. Bundan əlavə, Ərdoğanın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi də Putinin hiddətinə səbəb olub.
Razılaşmadan çıxdıqdan sonra Rusiya demək olar ki, hər gün Odessa bölgəsini atəşə tutmağa başlayıb, taxıl müqaviləsində istifadə edilən liman infrastrukturunu məhv edib. Rusiya Müdafiə Nazirliyi iyulun 19-da bəyan edib ki, Qara dəniz boyunca Ukrayna limanlarına üzən bütün gəmiləri hərbi hədəf kimi, bu gəmilərin bayraqları altında olan ölkələri isə müharibə iştirakçıları kimi qəbul edəcək.
Burhan,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi