Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: Türkiyə yeni əməliyyata başlayır, Rusiya və NATO...

Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: Türkiyə yeni əməliyyata başlayır, Rusiya və NATO...Türkiyə bölgədəki nüfuzunu artırıb. Ruslar və amerikalılarla bərabər səviyyədə masaya oturur. Fikrimcə, Türkiyə əhəmiyyətli bir güc kimi ortaya çıxır. ABŞ illərdir ki, YPG-ni qoruyan qüvvələrini Suriyadan geri çəkməklə Türkiyəyə böyük bir imtiyaz tanıdı. Həmçinin dedi ki, öz sərhədinizdəki vəziyyətlə mübarizə apara biləcəyiniz mövzusunda sizə güvənirik. İndi isə Türkiyə bunu necə edəcəyinə qərar verməlidir. Təxminim budur ki, Türkiyənin Suriyada yeni bir hərbi əməliyyat keçirməsi qaçılmazdır. Bir əməliyyat, sonra daha bir əməliyyat olacaq.
xəbər verir ki, bu fikirləri "CNN Türk"ə açıqlamasında məşhur siyasi şərhçi və "Geopolitical Futures"in yaradıcısı Corc Fraydmen deyib.
Amerikalı politoloqdan ŞOK AÇIQLAMA: Türkiyə yeni əməliyyata başlayır, Rusiya və NATO...Regionda gələcək 10 ildə baş verə biləcək hadisələr haqqında proqnozlarını açıqlayan şərhçi bildirib ki, Türkiyə strateji ortaqlarını seçərkən diqqətli olmalıdır: "Strateji ortaqların biri sanbalı olmalıdır. Bu, kimdə var? Rusiya göründüyündən daha zəifdir. Daxili problemləri, neftin qiyməti onlara daha da zərər verir. Suriyada kiçik qruplaşmalara qarşı uğurlu əməliyyatları oldu. Amma Türkiyə ilə Rusiya tarix boyunca qarşı-qarşıya dayanıb. ABŞ məsələsində isə Türkiyə daha böyük üstünlüyə sahibdir. "İncirlik" bazasını sevirik. Amma bundan başqa mənfəətimiz yoxdur. 1995-ci ildən bəri müttəfiq olmağımızın bir səbəbi vardı: əvvəl ruslar, daha sonra cihadçı radikal qruplaşmalar. Bizim Türkiyə ilə sağlam münasibətlərimiz var. Türkiyənin Rusiya ilə belə münasibətinin ola biləcəyini düşünmürəm".
"NATO-nun gələcəyini necə görürsünüz. Fransa prezidenti Emmanuel Makronun "NATO-nun beyni öldü" sözlərinə qatılırsınızmı" suallarına isə Fraydmen belə cavab verib: "Buna qatılıram. Amerikalı kimi mövqeyimi bildirmək istəyirəm ki, NATO etibarlı ortaq deyil. Çünki bir problem çıxanda hərbi qüvvələrini meydana çıxaracaq gücə sahib deyil. Buna görə də NATO Avropa ölkələri üçün ordu olmadan ABŞ-a etibar etmək anlamına gəlir. Bu, belə davam edə bilməz və etmir də. Tək etdikləri şey çıxıb açıqlama verməkdir. ABŞ Suriyada mübarizə aparmaqdan yorulub geri çəkiləndə Avropa şok oldu. ABŞ-ı günahkar çıxarmamaq üçün də Türkiyənin əleyhinə diplomatik açıqlamalar verməyə başladılar".
Qeyd edək ki, Corc Fraydmen "Gələcək 100 il" adlı kitabında 2020-ci ildə Rusiyanın çökəcəyini, Çinin böyük bir böhranla qarşı-qarşıya qalacağını və Türkiyənin dünyanın onuncu güclü iqtisadiyyatına sahib olacağını iddia edib.
Zümrüd

Dünya       Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən görüntüleri ən son xəbərlər bugün valyuta mezennesi 2026