Amerikalı senator: "Bakı və İrəvan arasında sülh razılaşması ABŞ üçün kritik önəm kəsb edir"
"Ermənistan və Azərbaycan arasında sülh razılaşması ABŞ-nin milli təhlükəsizliyi üçün kritik önəm kəsb edir".
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns "77 WABC" radiostansiyasına müsahibəsində bildirib.
"Azərbaycan və Ermənistan hazırda sülh sazişinin imzalanması mərhələsindədir və faktiki olaraq Mərkəzi Asiyada kritik neft, təbii qaz və faydalı qazıntılara çıxışın açılması üzrə əməkdaşlığa başlayırlar" , – deyə o bildirib.
Senator Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyətini vurğulayıb:
"Bu dəhliz vasitəsilə Mərkəzi Asiyanın beş ölkəsi istiqaməti Rusiya və Çin əvəzinə Avropa və Qərbə doğru götürmək ərəfəsindədir. Bu, kritik və vacib bir məqamdır".
Stiv Deyns may ayında Azərbaycana etdiyi səfəri xatırladıb:
"Mən may ayında orada oldum, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm, sonra Ermənistana yollandım və Baş nazir Nikol Paşinyanla görüşdüm. Onlar bu sülh müqaviləsini əldə etmək ərəfəsindədirlər".
Amerikalı senator vurğulayıb ki, bu proses Rusiya və İranı narahat edir:
"Bu, təkcə Birləşmiş Ştatlar üçün deyil, Qərb üçün də bəzi mühüm dividendlər qazandıra biləcək başqa bir "Avraam razılaşmaları"na bənzəyir. Təbii ki, Rusiya və İran bundan məmnun deyil".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı