Ana dilinə hörmət milli ləyaqət məsələsidir' - Deputat

Ana dilinə hörmət milli ləyaqət məsələsidir' - Deputat"Möhtərəm cənab Prezident İlham Əliyevin dil məsələsinə yenidən toxunması, bu mövzunun dövlətçilik baxımından nə qədər həssas və strateji əhəmiyyət daşıdığını bir daha açıq şəkildə göstərir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı deyib. 
O bildirib ki, Azərbaycan dili bizim milli kimliyimizin əsas sütunlarındandır:
"Azərbaycan dili bizim milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi varlığımızın əsas sütunlarından biridir. Cənab Prezidentin bu məsələyə ardıcıl şəkildə diqqət yetirməsi təsadüfi deyil. Çünki dil milli düşüncənin, dövlət təfəkkürünün və suverenliyin ifadəsidir. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, Azərbaycan dili dövlət dili kimi bütün sahələrdə qorunmalı, inkişaf etdirilməli və düzgün şəkildə tətbiq olunmalıdır. Bu yanaşma milli özünüdərkin möhkəmləndirilməsinə, gənc nəslin ana dilinə bağlı ruhda yetişməsinə xidmət edir. Ölkə rəhbərimizin yerli telekanallara müsahibəsində bu mövzuya yenidən qayıtması göstərir ki, dil məsələsi sistemli və prinsipial dövlət siyasətinin tərkib hissəsidir".
Parlamentari qeyd edib ki, qloballaşma şəraitində dilimizin saflığının qorunması aktuallıq kəsb edir:
"Qloballaşma şəraitində dilimizin saflığının qorunması, yad təsirlərin ölçüsüz şəkildə dilə sirayət etməsinin qarşısının alınması xüsusi aktuallıq kəsb edir.  Çünki biz istəməsək belə məhz qloballaşma dediyimiz anlayışın mənfi təsirləri bütün sferalarda olduğu kimi dilimizin inkişafına da mənfi təsir göstərmək ehtimalı mövcuddur. Bu səbəbdən inkişaf əsaslı, müasir çağırışlara cavab verən mexanizmlərin mövcudluğu şərtdir. Məsələnin mənəvi tərəfləri xüsusi olaraq qeyd etmək lazımdır. Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə ana dilimizin öz funksiyasını qoruyub saxlaması üçün ciddi mübarizə aparırdı. Onun mirasın qorumaq hər birimiz üçün prioritet məsələdir".
G.Ağamalı vurğulayıb ki, milli dilə hörmət hər bir vətəndaşın mənəvi borcudur:
"Cənab Prezident İlham Əliyevin mövqeyi bir daha təsdiqləyir ki, milli dilə hörmət hər bir vətəndaşın mənəvi borcudur.
Hesab edirəm ki, dövlət başçısının bu çağırışı cəmiyyətin bütün təbəqələri üçün ciddi mesajdır. Ana dilinə hörmət milli ləyaqət məsələsidir. Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsildə, mediada və ictimai həyatda düzgün, səlis və məsuliyyətlə işlədilməsi milli kimliyimizin qorunmasının əsas şərtidir. İlham Əliyevin dil siyasəti ilə bağlı mövqeyi bir daha göstərir ki, milli dəyərlərimiz, o cümlədən ana dilimiz dövlətimizin diqqət mərkəzindədir və bu istiqamətdə görülən işlər ardıcıl şəkildə davam etdiriləcək".
Şahanə Ziyad

Sosial       Tarix: 07 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana ümumilikdə 17 milyon 602.76 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük KomitəsindənKONKRET.az-a bildirilib ki, bu göstərici Azərbaycanın ümumi ixracını

Bu şəxslərə 300 manat veriləcək

Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. -a istinadən xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəv

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Ölkədə iqtisadi gərginliyi azaltmağın 5 yolu – Hökumət bunları etsə, nə dəyişər?

"Ölkədə iqtisadi və sosial gərginlik artır. Qiymət artımları, real gəlirlərin inflyasiyanın gerisində qalması, sahibkarların üzləşdiyi vergi, rüsum, cərimə, icazə və lisenziya yükü iqtisadi aktivliyi zəiflədir. İş adamlarını

Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısında

ABŞ dollarının qlobal valyuta bazarında mövqeyinin zəiflədilməsi ehtimalı dünya iqtisadiyyatında yeni müzakirələrə yol açıb. Xüsusilə Vaşinqtonun ixracı stimullaşdırmaq və ABŞ məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətin

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var

Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub. APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər xeberler bugun 2026 son.xeber xeber.az