Anar Bağırov: "Məqsədimizə çatdıq, qalan məsələlər təfərrüatdan başqa bir şey deyil

Anar Bağırov: "Məqsədimizə çatdıq, qalan məsələlər təfərrüatdan başqa bir şey deyilAnar Bağırov: "Məqsədimizə çatdıq, qalan məsələlər təfərrüatdan başqa bir şey deyil"
"Dostlar, 1992-ci ildə Şuşa və Laçının işğalından başlayan 20% ərazimizin erməni işğalı nə az nə çox düz 28 il davam etdi. İldən-ilə bu ərazilərin qaytarılmasına ümidimiz azalırdı, demək olar ki, artıq tükənmişdi".
Bu fikir Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova aiddir. 
O qeyd edib ki, məhz Azərbaycan xalqının Milli Lideri, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və mərdliyi sayəsində, Müzəffər Ordumuzun rəşadəti hesabına, Türkiyə dövlətinin hərtərəfli qardaş dəstəyi ilə başlanılmış sülhə məcburetmə antiterror əməliyyatı nəticəsində qəsbkar Ermənistanı sülhə məcbur edərək məqsədimizə çatdıq: 
"Qalan məsələlər isə təfərrüatdan başqa bir şey deyil və ən əsası odur ki:
1. Şəhidlərimizin qanını yerdə qoymadıq, ruhlarını şad etdik, düşməni sülhə məcbur etdik.
2. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.
3. Ermənistanın işğalçı ordusu ərazilərimizi birdəfəlik tərk edir.
4. Məcburi köçkünlərimiz 30 ildən sonra öz doğma yurdlarına qayıdır.
5. Naxçıvan MR və Türkiyəyə birbaşa nəqliyyat dəhlizi açılır.
6. Azərbaycanın ürəyi olan Şuşa şəhərini qəhrəmancasına döyüşdə azad etdik.
7. Milli qürurumuzu və özgüvənimizi daha da möhkəmləndirdik. Artıq müharibədə qalib və torpaqlarımızı bir həmlə ilə qaytaran xalqıq.
8. Multietnik xalq olmağımıza baxmayaraq, ölkədə milli birlik, həmrəylik yarandı və ağır günümüzdə birləşməyi bacaran monolit toplum olduğumuzu sübut etdik.
9. Eyni zamanda, bütün dünyaya Türk dünyasının gücünü, qüdrətini nümayiş etdirdik.
Bu siyahını daha da uzatmaq olar. Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm! Vətənimizin başı sağ olsun!
Tanrı Azərbaycanı qorusun!" /oxu.az

Siyasi       Tarix: 11 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri zelzele bugünki xəbərlər xeber.az bu gun