Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMARusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidən gündəmə gəlməsinə səbəb olub. Kalininqrad ətrafında baş verən proseslər fonunda tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalı da müzakirə olunur.
Bəs hazırda Rusiya ilə NATO arasında birbaşa silahlı toqquşma nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, Kalininqradın gələcək statusu ilə bağlı müzakirələr yeni deyil:
Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA"Keçmiş alman torpağı olan indiki Kalininqrad II Dünya müharibəsindən sonra alman əhalisinin bölgədən köçürülməsi ilə tamamilə ruslaşdırılıb. Bununla belə, bu gün bölgədə özünü daha çox avropalı hiss edən insanların da olduğu müşahidə olunur. Kalininqradın Rusiyadan ayrılması ilə bağlı təşəbbüslərin kökü də yeni deyil. Hələ 1990-cı illərdə Kalininqradın statusunun yüksəldilməsi və gələcəkdə müstəqillik ideyasının formalaşması istiqamətində müəyyən təşəbbüslər ortaya çıxmışdı. Bir müddət Kalininqradın müstəqilliyini müdafiə edən şəxslər yerli parlamentdə təmsil olunmaq hüququ da qazanmışdılar.
Hazırda Kalininqradın müstəqilliyini müdafiə edən bəzi şəxslərin Rusiyadakı siyasi təzyiq və təqiblər səbəbindən Avropaya sığınması bu prosesin arxasında NATO-nun dayandığını göstərmir. Qərbin bu məsələyə müəyyən marağının olması ilə Kalininqrad daxilindəki proseslərin birbaşa NATO tərəfindən idarə olunması isə ayrı-ayrı məsələlərdir.
Bir tərəfdən Qərbin Rusiyanın daxili işlərinə müdaxilə etməsi və orada pozucu siyasət həyata keçirməsi, digər tərəfdən isə öz müqəddəratını təyin etmək istəyən xalqların hüquqlarının müdafiəsi var. Bunları bir-birindən fərqləndirmək lazımdır.
Kalininqradın Rusiyadan qoparılması məsələsini avtomatik olaraq Qərbin təxribatı kimi qiymətləndirmək düzgün deyil. Bu, ilk növbədə bölgədəki müəyyən qüvvələrin və insanların siyasi mövqeyi ilə bağlı məsələdir".
Politoloq Rusiya–NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalına da toxunub. Onun sözlərinə görə, Rusiyanın NATO ilə açıq müharibəyə girmək üçün hərbi resursları hazırda kifayət qədər məhduddur:
"Rusiya son anda hansısa təxribata gedə bilər. Lakin bu gün Rusiyanın NATO ilə birbaşa qarşı-qarşıya gəlmək potensialı məhduddur. Bunun əsas səbəblərindən biri Rusiyanın hərbi resurslarının Ukrayna müharibəsi fonunda ciddi şəkildə yüklənməsidir. Rusiyanın güvəndiyi əsas güclərdən biri isə nüvə arsenalıdır".
Taleh Əliyev qeyd edib ki, Kalininqrad ətrafında yaranan gərginliyin Rusiya ilə NATO arasında birbaşa müharibəyə çevrilməsi avtomatik proses deyil. Bunun üçün tərəflərin hərbi-siyasi qərarları və atacağı konkret addımlar həlledici olacaq.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 30 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler novruz bayramı en son xəbərlər bugün bu gunun xeberleri