Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq, nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri və Şəhidlər xiyabanları ziyarət olunacaq, ulu öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.
Tədbirlərdə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılacaq.
Həmçinin hərbi qulluqçular şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimizi ziyarət edəcəklər. / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü