Ankara şəhərində Azərbaycana növbəti dəstək aksiyası keçirilib

Ankara şəhərində Azərbaycana növbəti dəstək aksiyası keçirilibAnkara şəhərində Azərbaycana növbəti dəstək aksiyası keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.
Görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün heykəli önündə baş tutan aksiyada Ankarada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Aksiyada çıxış edənlər faşist mahiyyətli Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıblar, erməni lobbisinin və onların havadarlarının Azərbaycana və Türkiyəyə, bütövlükdə isə Türk dünyasına qarşı yönəlmiş işğalçı, təcavüzkar siyasətini, beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd davranışını sərt şəkildə pisləyiblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atmalarını tələb ediblər.
Azərbaycan və Türkiyənin dövlət bayraqlarının, Tovuz təxribatı zamanı qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların yazıldığı plakatların nümayiş olunduğu aksiyada "Cansa can, qansa qan, biz hazırıq, Azərbaycan!", "Qarabağ bizimdir, bizim olacaq!", "Xocalıya ədalət!", "Erməni işğalına son!", "Bir millət, iki dövlət!" şüarları səsləndirilib. /oxu.az

Siyasi       Tarix: 10 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb. xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, dah

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Tramp Əliyevin sözlərini "Truth Social"da paylaşdı

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

Azərbaycanla Malayziya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentləraras

Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR

Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyi

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər kriminal xeberler sonxabar ən son xəbərlər