Ankaradan Bakıda narahatlıq doğuran iki həmlə - "Reallıqdan uzaq yanaşmadır"

Ankaradan Bakıda narahatlıq doğuran iki həmlə - Türkiyənin xarici işlər naziri Hakan Fidanın aprelin 2-də Fransaya səfəri bir çox baxımdan diqqət çəkdi. Xüsusilə Ankaranın Parislə münasibətləri bərpa etməsi istiqamətindəki addımları Bakı ilə əlaqələri və mövcud geosiyasi vəziyyət fonunda qeyri-müəyyənlik doğurub. Həmçinin bu məsələ son olaraq Türkiyə-Ermənistan sərhədinin müvəqqəti açılmasından sonra birmənalı qarşılanmadı.
Məlumata görə, Hakan Fidan fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Suriyadakı vəziyyət ətrafında müzakirələr aparıb. Bəzi ekspertlərin fikrincə, mətbuata açıqlanmasa da, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin bərpası və sərhədlərin açılmasından da danışılıb.
Türkiyə-Fransa yaxınlaşması və Ankaranın İrəvanla son təmasları Azərbaycan üçün nə vəd edir? Ermənistan üzərində ciddi təsiri olan Parisin Ankara ilə əlaqələrini möhkəmləndirməsi sülh prosesinə necə təsir göstərə bilər?
KONKRET.azxəbər verir ki, Globalinfo.az-a danışan ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz deyib ki, Türkiyə-Fransa yaxınlaşmasını Ermənistan kontekstində deyil, Avropa İttifaqı (Aİ) ilə münasibətlər və geosiyasi aspektdən dəyərləndirmək lazımdır:
"Bunu "Tramp effekti" də adlandırmaq olar. Avropanın təhlükəsizlik böhranı və mümkün Rusiya Ukrayna atəşkəsindən sonra, Kiyevin sərhəddə Türkiyənin sülhməramlı missiyasına ehtiyacı olacaq. Ankara-Paris dialoqu həm də bu baxımdan mühümdür. Təsadüfi deyil ki, Hakan Fidan fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Türkiyə regional güc olaraq yaxın bölgələrdə baş verən siyasi hadisələrdən kənarda qala bilməz. Buna görə də bütün ölkələrlə lazım gəldikdə müzakirə aparır. O baxımdan Hakan Fidanın Fransa səfəri bu ölkə ilə yaxınlaşma mənasına gəlmir. Hətta deyərdim, bu, bir qədər reallıqdan uzaq yanaşmadır. Ermənistan-Türkiyə münasibətləri Paris-Ankara danışıqlarının müzakirə predmeti deyil. Bu məsələ müzakirə edilsə belə, Azərbaycanın narahat olması üçün heç bir əsas yoxdur".
Siyasi şərhçi Əli Zülfüqaroğlu isə deyib ki, Azərbaycanla Türkiyə iki qardaş ölkə, eyni zamanda strateji müttəfiqdir:
"Hər iki ölkə münasibətlərinin xüsusilə son dövrlər daha yüksək səviyyəyə çatması Azərbaycan və Türkiyənin maraqlarını özündə ehtiva edir. Bu, eyni zamanda qardaş xalqların tarixboyu arzuladıqları mənzərənin gerçəkləşməsi deməkdir. Ona görə də, atılan addımlar müttəfiqlik ruhuna uyğun olmalı və ona xələl gətirməməlidir. O baxımdan düşünürəm ki, ən azı Ermənistanla sülh müqaviləsi imzalanana qədər Ankara Azərbaycana birbaşa aidiyyəti olan məsələlərlə bağlı xarici siyasətini Bakı ilə koordinasiya etməlidir.
Məsələn, Ermənistanla sərhədlərin açılması ilə bağlı Azərbaycanın konkret mövqeyi var. Hesab edirəm ki, Ermənistanla sərhədlərin müvəqqəti açıldığı deyilsə də, buna rəsmi aydınlıq gətirilməsinə ehtiyac var. Fransa İrəvanın böyük himayədarlarından biridir. Bu mənada düşünürəm ki, Ankara-Paris əlaqələri Azərbaycana zərər verməməlidir. Digər tərəfdən bir sıra mövzularda, xüsusilə erməni məsələsində Azərbaycanla Türkiyənin maraqları üst-üstə düşür. Ermənistanın hələ də Türkiyəyə qarşı rəsmi ərazi iddiaları var və bunun ortadan qaldırılması vacibdir. Həmçinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı Türkiyəyə ən böyük dəstəyi Azərbaycan verib. Ona görə də bu istiqamətdə rəsmi Bakının maraqları, elə Ankaranın maraqları deməkdir".

Siyasi       Tarix: 05 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər xəbərlər apa.az xeberler