Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbəri Le Khanh Hay, Administrasiya rəhbərinin müavini Hoanq Anh, Administrasiyanın Xarici Əlaqələr Baş İdarəsinin direktoru Vu Ha Le, Vyetnam Parlamentinin Milli müdafiə, təhlükəsizlik və xarici əlaqələr komitəsi sədrinin daimi müavini Vu Hay Ha, Vyetnam Diplomatik Akademiyasının prezidenti Hunq Son və bir sıra digər rəsmi şəxslərlə görüşlər keçirilib.
azxeber.com xəbər verir ki, görüşlər zamanı Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Siyasi dialoqun gücləndirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin yaxın gələcəkdə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Prezident To Lam ilə görüşdə Vyetnam rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib. O, 2025-ci ilin may ayında Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti və xanımı tərəfindən göstərilmiş yüksək qonaqpərvərliyi və aparılmış məzmunlu fikir mübadilələrini minnətdarlıqla xatırlayıb. Həmçinin dost ölkə olan Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətləri, ölkəmizin regional və beynəlxalq nüfuzunun getdikcə artmasını, eləcə də AQEM-in 7-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Həmsöhbətlər Azərbaycan-Vyetnam dostluq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd ediblər. Bu xüsusda, 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərlərinin iki xalq arasında dostluq əlaqələrinin inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Sanın isə 2015-ci ildə Azərbaycana səfərlərinin iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli təkan verdiyi bildirilib.
İkitərəfli gündəliyin əsas məsələlərindən biri olan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda, Prezident To Lamın 2025-ci ildə Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyi vurğulanıb. Tərəflər gələn il Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını nəzərə alaraq, bu əlamətdar tarix münasibətilə birgə tədbirlərin təşkili və yüksək səviyyəli dialoqun davam etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Danışıqlar zamanı ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri də müzakirə olunub. Xüsusilə neft-qaz, bərpa olunan enerji, təhsil, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik və logistika sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib, bu baxımdan iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsinin və qarşılıqlı investisiyaların təşviqinin vacibliyi vurğulanıb.
Görüşlərdə, həmçinin parlamentlərarası əməkdaşlığın davam etdirilməsinin, o cümlədən parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında əlaqələrin və parlament üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub.
E. Əmirbəyov görüşlər zamanı həmsöhbətlərini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar, Cənubi Qafqazda dayanıqlı və dönməz sülhün təmin edilməsi üçün zəruri şərtlər, Azərbaycanın gözləntiləri və bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət barədə məlumatlandırıb. Vyetnam tərəfi normallaşma prosesində əldə olunmuş irəliləyişi müsbət qiymətləndirərək, regionda davamlı sülhün təmin edilməsinə dəstəyini ifadə edib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər barədə məlumat verib və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.





Kurslar.az kurslar [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər