"Anklavların təhvil verilməsi və ya dəyişdirilməsi ilə bağlı variantlar nəzərdə tutulub" - Erməni nazir
"Anklavların təhvil verilməsi və ya dəyişdirilməsi ilə bağlı variantlar nəzərdə tutulub".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bu gün Ermənistan parlamentində keçirdiyi brifinqdə deyib.
"Anklavlarla bağlı danışıqlarda müxtəlif müzakirələr, ssenarilər var. Aydındır ki, bu proses yetişəndə hüquqi sənədlər də bunda mühüm rol oynayacaq. Yəni hər hansı əraziyə, hər hansı statusa malik olmaq üçün hüquqi əsaslar var. O zaman tərəfdaşlar görəcəklər ki, hansı ərazinin hüquqi əsası var", – Sanosyan bildirib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan tərəfinin anklav ərazilərinin olduğu göz qabağındadır.
"1990-cı illərdəki müharibədən sonra hər iki tərəfin anklav hesab olunan əraziləri var. Düşünürəm ki, bütün bunlar bir ümumi paketdə nəzərdən keçiriləcək", – Sanosyan bildirib.
Nazir jurnalistlərin anklavların təslim olması ilə bağlı iradları ilə razılaşmayıb.
"Dəyişmək və mübadilə iki fərqli şeydir, niyə həmişə siz "təslim etdi" deyirsiniz?", – erməni nazir soruşub.
Sanosyan mübahisəli ərazilərin Azərbaycana qaytarılması halında dövlət əhəmiyyətli yolların Bakının nəzarətində olmasının mümkünlüyü məsələsindən də danışıb.
"Bu məsələyə gəlincə, bütün ssenarilər üçün həll yolları tapılmalıdır. Zəngəzurda alternativ yollar tapılıb, digər hallarda da çıxış yolları nəzərdə tutulub", – o bildirib.
Sanosyan erməniləri hadisələri qabaqlamamağa və səbirli olmağa çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı