Anpiloqov: "Bu yol erməni xalqı üçün tarixi fəlakət ola bilər"
" class="imgbcode" />"Ölkənin baş naziri Nikol Paşinyan və hökuməti Ermənistan-Rusiya tərəfdaşlığını və əməkdaşlığını məhv etmək üçün bütün yollardan istifadə edir".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksey Anpiloqov deyib.
Onun sözlərinə görə, "Ermənilər arasında rusofobiya təbliğatı güclənib, ölkənin bütün problemlərinin səbəbkarı kimi Rusiya göstərilir. Ən pisi isə odur ki, çıxış yolu yoxdur".
Ekspertin fikrincə, Qərb dövlətlərinin Azərbaycanı sakitləşdirəcəyinə ümid bəsləmək, ən azı, sadəlövhlükdür.
"Rusiya ilə münasibətlərin pisləşməsi ilə yanaşı, Ermənistan indi İranla münasibətlərini kəskin şəkildə pisləşdirir. İran Sünikdə (Qərbi Zəngəzurda) hərbi baza yerləşdirmək fikrində idi. Ermənistan bu təklifi rədd etdi. Müvafiq olaraq, Ermənistan indi təkcə Azərbaycanla üz-üzə deyil. Ölkə Azərbaycanla Türkiyə arasında, sanki qaya ilə sərt yer arasında və açıq-aşkar müttəfiqlərinin olmadığı bir şəraitdə qalıb. Ermənistan həqiqətən də öz orbitindən uzaqlaşır və yanlış yola gedir. Bu yol erməni xalqı üçün tarixi fəlakət ola bilər", – deyə Anpiloqov yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto