Antalya şəhəri tarixi rekord qırdı – STATİSTİKA
Türkiyənin turizm paytaxtı olan Antalya şəhəri bu il tarixi rekord sayda turist qəbul edib.
Publika.az şəhərin Mədəniyyət və Turizm İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Antalyaya 2019-cu ilin 1 yanvar-29 oktyabr tarixləri ərzində 14 milyon 347 min 909 turist gəlib. Beləliklə şəhər tarixinin ən böyük göstəricisinə nail olub.
Məlumatda qeyd edilir ki, Antalyaya 2016-cı ildə 5 milyon 934 min 673, 2017-ci ildə 9 milyon 475 min 581, 2018-ci ildə isə 12 milyon 236 min 188 turist gəlib.
Antalyaya 2016-cı ilin oktyabr ayında 791 min 718, 2017-ci ilin oktyabrında 982 min 441, 2018-ci ilin oktyabrında 1 milyon 376 min 288, 2019-cu ilin 10-cu ayında isə 1 milyon 658 min 534 turist axın edib.
Bu ilin oktyabrında Antalyaya gələn turistlər arasında ilk yeri 652 min 200 nəfər olmaqla ruslar tutub. Digər yerləi isə Almaniya, Ukrayna, İngiltərə və Hollandiya vətəndaşları tutub.
Qeyd edək ki, bu ilin geridə qalan 10 ayında Antalyaya gələn turistlərin 5 milyon 296 min 866 nəfərini ruslar, 2 milyon 489 min 952 nəfərisini isə almanlar təşkil edib. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək