Antiterror tədbirlərində Azərbaycan mediasının faəliyyəti yaddaşlarda necə qaldı? - Baş redaktorlar danışdı

Antiterror tədbirlərində Azərbaycan mediasının faəliyyəti yaddaşlarda necə qaldı? - Baş redaktorlar danışdıXəbər verdiyimiz kimi, sentyabrın 19-u Füzuli və Xocavənd rayonlarında Ermənistan tərəfindən törədilən mina təxribatı nəticəsində 7 polis əməkdaşı həlak olub, daha 6-sı isə yaralanıb. 
Ermənistanın bu addımı cavabsız qalmayıb və həmin gün Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatlarına start verib.
Sözügedən əməliyyatın gedişatında mətbuatda erməni meylli qüvvələr, həmçinin sosial şəbəkə istifadəçiləri Azərbaycan əleyhinə müxtəlif dezinformasiyalara yol veriblər.
Bəs lokal antiterror tədbirlərində Azərbaycan mediasının faəliyyəti yaddaşlarda necə qaldı?
Mövzu ilə bağlı Pravda.az informasiya portalının baş redaktoru İlkin Pirəli azxeber.com-a açıqlamasında bildirib ki, ermənilər bu dəfə də informasiya müharibəsində uduzdular: 
Antiterror tədbirlərində Azərbaycan mediasının faəliyyəti yaddaşlarda necə qaldı? - Baş redaktorlar danışdı"Azərbaycanın lokal xarakterli antiterror əməliyyatlarını həyata keçirməsi, ərazisini separatçılardan təmizləməsi tam doğru addım idi. Bu məsələdə xalq-iqtidar birliyi növbəti dəfə nümunə qoydu ortaya, hər kəs "dəmir yumruğun" ətrafında sıx birləşdi. Mövcud vəziyyət medianın məsuliyyət yükünü bir qədər də artırdı, feyk xəbərlərin qarşısı ciddi şəkildə alındı. Media da cəmiyyətin bir hissəsidir, cəmiyyətdən gələn çağırışlara uyğun olaraq işini qurur. Vahid mövqedən çıxış edilirsə, mövqe oraya qoyulursa, bu, mediada da əksini tapır. Ordu səngərdə, jurnalistlər də informasiya meydanında savaşırdı. Ermənistan, onların dəstək verdikləri separatçılar döyüş meydanın olduğu kimi, informasiya savaşında da Azərbaycana uduzdular".
Baş redaktor qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi informasiya müharibəsindəki qələbədə əsas pay sahibi oldu:
"Vətən müharibəsində qazanılan təcrübə antiterror əməliyyatlarında daha da təkmilləşdirildi. Burada Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rolunu da qiymətləndirmək lazımdır. Onlar əməliyyatlarla bağlı operativ şəkildə videolar yayır, brifinqlər keçirirək məlumatlar verirdilər. Bu da təbii ki, informasiya məkanında yalan məlumatların yayılmasının qarşısını ciddi şəkildə aldı. Artıq mediada kənar təsirlər yox dərəcəsindədir. Bu da bir neçə il əvvəl başlayan media islahatlarının nəticəsidir. Düşünürəm, informasiya savaşında mübarizə hələ çox davam edəcək. Ona görə daha da məsuliyyətli davranmalı, qələbələrin sayını artırmalıyıq".
Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli də məsələyə toxunaraq söyləyib ki, bu əməliyyatın gedişində medianın dövlət orqanları ilə koordinasiyalı iş prinsipi ortaya çıxdı:
Antiterror tədbirlərində Azərbaycan mediasının faəliyyəti yaddaşlarda necə qaldı? - Baş redaktorlar danışdı"Medianın peşəkarlıq nümayiş etdirdiyini düşünürəm. Həm informasiya müharibəsi kontekstində, həm milli maraqların qorunması, həm də dövlət qurumları ilə koordinasiyalı fəaliyyət fonunda müsbət iş ortaya qoyuldu. Antiterror tədbirlərinin keçirildiyi vaxt beynəlxalq media həmişə olduğu kimi Azərbaycana qarşı qarayaxma kampaniyası aparsa da, mediamızın fəaliyyəti bu antitəbliğat kampaniyasını istədikləri effekti verməsinə imkan vermədi, haqlı mövqeyimizi beynəlxalq ictimai rəyə təqdim edə bildik. Xüsusilə xarici dillərdə aktiv iş aparıldı"
Eyni zamanda, daxili auditoriyanın dəqiq informasiyalarla təminatı yüksək peşəkarlıqla həyata keçirildi. Bu səbəbdən də dosial şəbəkələrdə döyüşlərlə bağlı arzuolunmaz görüntülər yayılmadı. Jurnalistlərimiz çox peşəkar və məsuliyyətli davrandılar".
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Antiterror tədbirlərində Azərbaycan mediasının faəliyyəti yaddaşlarda necə qaldı? - Baş redaktorlar danışdı

İqtisadiyyat       Tarix: 25 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər