Antiterror tədbirlərinin şəhidlərinin bank borcları tam şəkildə silindi - AÇIQLAMA

Antiterror tədbirlərinin şəhidlərinin bank borcları tam şəkildə silindi - AÇIQLAMABu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizin borcları ilə bağlı Azərbaycan Banklar Assosiasiyası toplantı keçirib və şəhid olanların bank borclarının silinməsi ilə bağlı qərar qəbul edib.
Qərarda bildirilib ki, şəhid olmuş hərbçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə və yaralanmış hərbçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.
Maraqlıdır, şəhidlərin borclarının silinməsi hansı mərhələdədir?
Modern.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət edib.
Assosiasiyanın sədri Zakir Nuriyev sorğumuza cavab olaraq bildirib ki, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən bizə təqdim olunan siyahıda təqdim olunan bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib.
O, silinən məbləğin nə qədər olduğunu açıqlamayıb.
"Təqdim edilən bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib. Bu, bir az həssas mövzudur. Neçə nəfər olmasından, məbləğin nə qədər olmasından asılı olmayaraq, biz istəyərik ki, hamısının borcları silinsin", - deyə Zakir Nuriyev vurğulayıb.
Qeyd edək ki, antiterror tədbirləri sentyabrın 19-20-də həyata keçirilib. Tədbirlər nəticəsində Qarabağdakı separatçı rejim təslim olub və özünü buraxmaq barədə qərar qəbul edib. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran yaşayış məntəqələri Azərbaycan ordusunun nəzarətinə keçib.
Müdafiə Nazirliyinin məlumatında antiterror tədbirləri zamanı şəhid olan şəxslərin sayı 204 nəfərdir. / azxeber.com

Sosial       Tarix: 29 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat xeberleri maşın realiti şou idman xeberleri son.xeberler