Anton Qura: "Hamı koronavirusa yoluxacaq" - MÜSAHİBƏ

Anton Qura: "Hamı koronavirusa yoluxacaq" - MÜSAHİBƏ Anton Qura: "Hamı koronavirusa yoluxacaq" - MÜSAHİBƏ
Dünya əhalisinin 70% -i yoluxana qədər koronavirus yayılacaq. Bu barədə ABŞ-ın Minnesota Universitetinin yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi, doktor Maykl Osterholm "USA Today"ə müsahibəsində bildirib.
Onun fikrincə, vaksin olmasa, (hansı ki, bir ildən gec hazır olacağı düşünülür - red.) virus kollektiv immunitet yaranana qədər yayılmağa davam edəcək. Buna baxmayaraq, Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, eləcə də digər ölkələr tədricən karantin rejimindən çıxırlar.
Media.Az Ukrayna Müstəqil Tibb İşçiləri Birliyinin həmtəsisçisi Anton Qura ilə bu barədə söhbət edib.
Anton Qura: "Hamı koronavirusa yoluxacaq" - MÜSAHİBƏ - Dünya ölkələri karantin rejimlərini yumşaldır, artıq iyunda bəzi dövlətlər sərhədləri (o cümlədən turistlər üçün) açır. Bu o deməkdir ki, COVID-19 pandemiyası tənəzzülə uğrayır?
- Ukraynada koronavirusa yoluxmanın azalması barədə danışmaq hələ tezdir. Bizdə koronavirusa yoluxanlar çoxdur, laboratoriya xidmətləri iki həftə gecikmə ilə işləyir. Nəzəri olaraq deyə bilərik ki, Ukraynada 30 mindən çox xəstə var. Və birdən-birə hər yer açılır. Yəqin, indi bizdə nələr baş verəcəyini anlayırsınız…
- Koronavirusun ikinci dalğası ehtimalı haqqında nə düşünürsünüz? Bu barədə Azərbaycanda da danışılır.
- Əlbəttə, bu ola bilər. Tezliklə, hamımız küçəyə çıxdıqdan sonra olacaq. Karantin Gürcüstandakı kimi sərt olmalıdır. Azı daha bir ay küçələrə çıxmaq qadağan edilməlidir. Koronavirus yayılmayandan sonra "ölür". Ancaq yenə qayıdıram Ukraynaya - təəssüf ki, bizdə fəlakət olacağını düşünürəm.
- Ukraynada nə qədər insan testdən keçib? Məsələn, 10 milyon əhalisi olan Azərbaycanda 220 mindən çox test edilib.
- 39 milyon əhali üçün 400 minə qədər test edilib. Niyə bu qədər azdır? Həkimlər, xəstəxanalarda çarpayılar çatmır, virusoloq, infeksionist yoxdur. Məmurlarımız pulsuz alınan COVID-19 testlərini satan aptek şəbəkələrinin maraqları üçün lobbiçilik edirlər.
- Necə düşünürsünüz, dünyada COVID-19 pandemiyasının bitməsi, yaxud epidemiyanın heç olmasa azalması barədə nə vaxt danışmaq olar? Yoxsa hər il yeni dalğa ilə üzləşəcəyik? Bir neçə gün öncə koronavirusla mübarizədə nümunə olan Cənubi Koreyada ikinci dalğanın qaçılmaz olacağı barədə elan ediblər…
- Hamımız xəstələnməyincə, COVID-19 davam edəcək. Ukraynada vaksin hazırlandığını elan etdilər. Lakin o, insan orqanizmini sadəcə məhv edəcək və mən buna qarşıyam. Hər bir halda ilin sonuna qədər COVID -19 heç yerə yox olmayacaq. Payızda isə yeni dalğa başlayacaq. Koronavirus mutasiyaya uğrayıb, hazırda bizdə uşaqlar xəstəliyi ağır keçirirlər. Halbuki, əvvəllər belə şey yox idi.
- Biz sizinlə mart ayında danışmışdıq. Həmin vaxt siz çinli tibb işçilərinə istinadla bildirmişdiniz ki, COVID-19 mutasiyanın altı mərhələsini keçib. Ümumilikdə, mutasiyanın neçə mərhələsi var?
- İndi dəqiq heç nə deyə bilmərəm. Ancaq mutasiyanın 12 mərhələsi yəqin ki, artıq olub. O, insanda mutasiyaya uğrayır. Kimsə xəstələnir, kimsə də sadəcə daşıyıcı olur. Tək bir şey aydındır, özünüzü və yaxınlarınızı qoruyun.

Siyasi       Tarix: 15 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə