Aparıcının evini soydular: "Anama nəsə əlavə iynə vurub

Aparıcının evini soydular: Aparıcının evini soydular: "Anama nəsə əlavə iynə vurub"
Aparıcı Sona Rəsulovanın evindən pul oğurlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Aparıcının sözlərinə görə, anasına qulluq edən xəstə baxıcısı evdən pul və zinət əşyası oğurlayıb:
"Artıq çoxunuz bilirsiniz ki, 5 fevral tarixində anam insult keçirib. 23 fevral tarixinə kimi xəstəxanada idik, daha sonra müalicəni evdə davam edirik. 2 mart tarixində evimizə özünü xəstə baxıcısı kimi təqdim edən Günay adlı qadın gəldi. Onunla yataq xəstəsinə baxmağa görə 1000 manata razılaşdıq. Bir ay sınaq müddəti başladı. Üç qızına çox cehiz verdiyi üçün borcunun olduğundan maaşının vaxtının 15 günü olmadığı halda əmək haqqının yarısının ödənilməsini istədi. Mən də razılaşdım".
O qeyd edib ki, anasına baxan qadının bir çox bəhanələrlə tez-tez icazə alırmış:
"Onun işlədiyi vaxt ərzində evdə əşyalar itirdi. Mən də stresli vəziyyəti nəzərə alıb, sonra taparam deyirdim. Məsələn, anamın qızıl üzüyünü və bahalı ətrimi tapa bilmirdim. Daha sonra evdən pulların azaldığını hiss etməyə başladım. Bunu yoxlamaq üçün eyni yerə qoymaq şərti ilə az pul saxladım.
Hər gün pulların sayını qeyd edirdim, beləcə 100-150 dollar azaldığını aşkar etdim. Növbəti dəfə bu qadını evdə tək qoyduqdan sonra gəldim gördüm ki, yenə pullar azalmağa başlayıb. Anama baxan qadın da üç-beş gün ərzində evdən çıxmamışdı".
Pulların evindəki qadın tərəfindən götürüldüyünü bildirən S.Rəsulova hadisə ilə bağlı  Daxili İşlər Nazirliyinə müraciət edib:
"Gecə saatlarında onu yanıma çağırdım və itən pulları, əşyaları götürdüyünü bildirdim. Nə isə pulu cibindən "salfetka"ya bükülmüş halda çıxardı. "Ehtiyacım var idi", - dedi. "Bəs pulun yerini haradan bilirdin?" soruşanda isə - "Mən evdə hər yeri axtarırdım" , - deyə cavab verdi. Gecə əlini Qurani-Kərimə basıb başqa heç nə götürmədiyini bildirdi.
Ümumilikdə evimizdən 2400 dollar, 500 manat pul, bir qızıl üzük və bahalı ətir oğurlamışdı. Qadın gedəndən bir neçə gün sonra anamın səhhəti daha da yaxşılaşır. Deməli, o, anama nəsə əlavə iynə vurub ki, onun oğurluğuna mane olmasın.
Hadisə ilə bağlı polisə müraciət etdim. Dərhal əməliyyat qrupu yaradıldı və bu qadın polislər tərəfindən saxlanıldı. Dindirilən zaman əvvəlcə hər şeyi inkar etdi, daha sonra evdən oğurladığı üzüyü hansısa lombarda satdığını bildirdi. Üzük tapılıb və hazırda cinayət işi başlanılıb. Ümid edirəm ki, oğurladığı pullarımız da tezliklə qayıdar və cinayətkar cəzasını alar".

Şou Biznes       Tarix: 09 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf

Müğənni Serdar Ortaç həmkarı Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, sənətçi bu barədə türk mediasına danışıb. Serdar Ebru ilə heç vaxt sevgili olmadıqlarını deyib. Sənətçi etiraf edib ki, Ebru Günde

Stress Xatirə Yüzbəyovanı xəstəxanalıq etdi

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşı Xatirə Yüzbəyova xəstəxanaya yerləşdirilib. O, bu barədə sosial media hesabında paylaşım edib. "Son zamanlar stressə bağlı olaraq nə düzgün qidalandım, nə düzgün yatdım. Gördü

Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert

Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, sənətkarın sözlərin

Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?

Son illər Azərbaycanda bir sıra məşhur simalar qazanc mənbələrini genişləndirərək müxtəlif sahələrə sərmayə yatırırlar. Onların arasında restoran, kafe, geyim, gözəllik və qida sektorunda fəaliyyət göstərən, öz adları il

Murad Arif Naxçıvanda gənclərlə görüşdü

Müğənni Murad Arif Naxçıvanda, Saat Meydanında məzun və şəhər gəncləriylə bir araya gəlib. xəbər verir ki, sənətçi 5 mindən çox məzun qarşısında ən hit mahnılarını ifa edib. Bir saat davam edən konsert proqramı boyunca tələbələ

Maykl' filmindən tarixi rekord

Mərhum pop kralı Maykl Ceksonun həyatından bəhs edən "Maykl" filmi tarixin ən çox gəlir gətirən bioqrafik filmi olub. xarici mətbuata istinadən xəbər verir ki, aprelin sonunda nümayişə çıxan ekran əsəri dünya üzr

Viktor Uillis vəfat etdi

Dünyaca məşhur disko qrupu "Village People"nin solisti Viktor Uillis 74 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin ölümü ilə bağlı məlumat qrupun rəsmi sosial media hesablarında yayıla

ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama

Müğənni Nuran ilə ARB TV arasında gərginlik yarandığı iddia olunub. xəbər verir ki, bu barədə müğənni özü məlumat verilib. Məlumata görə, buna səbəb müğənninin öncədən lentə alınmış görüntü və açıqlamalarının heç bir rəsm

Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı

Reytinqə əsasən, ötən həftənin ən populyar qadın aktyorlarının siyahısı müəyyənləşib. Türkiyə mətbuatına istinadən xəbər verirki, Adba TV-nin açıqladığı reytinqə əsasən, ilk yeri Afra Saraçoğlu tutub. Onun ardınca Demet Özdemir


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 cəbhədən son xeber valyuta məzənnələri havanın temperaturu