Aparıcının evini soydular: "Anama nəsə əlavə iynə vurub

Aparıcının evini soydular: Aparıcı Sona Rəsulovanın evindən pul oğurlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Aparıcının sözlərinə görə, anasına qulluq edən xəstə baxıcısı evdən pul və zinət əşyası oğurlayıb:
"Artıq çoxunuz bilirsiniz ki, 5 fevral tarixində anam insult keçirib. 23 fevral tarixinə kimi xəstəxanada idik, daha sonra müalicəni evdə davam edirik. 2 mart tarixində evimizə özünü xəstə baxıcısı kimi təqdim edən Günay adlı qadın gəldi. Onunla yataq xəstəsinə baxmağa görə 1000 manata razılaşdıq. Bir ay sınaq müddəti başladı. Üç qızına çox cehiz verdiyi üçün borcunun olduğundan maaşının vaxtının 15 günü olmadığı halda əmək haqqının yarısının ödənilməsini istədi. Mən də razılaşdım".
O qeyd edib ki, anasına baxan qadının bir çox bəhanələrlə tez-tez icazə alırmış:
"Onun işlədiyi vaxt ərzində evdə əşyalar itirdi. Mən də stresli vəziyyəti nəzərə alıb, sonra taparam deyirdim. Məsələn, anamın qızıl üzüyünü və bahalı ətrimi tapa bilmirdim. Daha sonra evdən pulların azaldığını hiss etməyə başladım. Bunu yoxlamaq üçün eyni yerə qoymaq şərti ilə az pul saxladım.
Hər gün pulların sayını qeyd edirdim, beləcə 100-150 dollar azaldığını aşkar etdim. Növbəti dəfə bu qadını evdə tək qoyduqdan sonra gəldim gördüm ki, yenə pullar azalmağa başlayıb. Anama baxan qadın da üç-beş gün ərzində evdən çıxmamışdı".
Pulların evindəki qadın tərəfindən götürüldüyünü bildirən S.Rəsulova hadisə ilə bağlı  Daxili İşlər Nazirliyinə müraciət edib:
"Gecə saatlarında onu yanıma çağırdım və itən pulları, əşyaları götürdüyünü bildirdim. Nə isə pulu cibindən "salfetka"ya bükülmüş halda çıxardı. "Ehtiyacım var idi", - dedi. "Bəs pulun yerini haradan bilirdin?" soruşanda isə - "Mən evdə hər yeri axtarırdım" , - deyə cavab verdi. Gecə əlini Qurani-Kərimə basıb başqa heç nə götürmədiyini bildirdi.
Ümumilikdə evimizdən 2400 dollar, 500 manat pul, bir qızıl üzük və bahalı ətir oğurlamışdı. Qadın gedəndən bir neçə gün sonra anamın səhhəti daha da yaxşılaşır. Deməli, o, anama nəsə əlavə iynə vurub ki, onun oğurluğuna mane olmasın.
Hadisə ilə bağlı polisə müraciət etdim. Dərhal əməliyyat qrupu yaradıldı və bu qadın polislər tərəfindən saxlanıldı. Dindirilən zaman əvvəlcə hər şeyi inkar etdi, daha sonra evdən oğurladığı üzüyü hansısa lombarda satdığını bildirdi. Üzük tapılıb və hazırda cinayət işi başlanılıb. Ümid edirəm ki, oğurladığı pullarımız da tezliklə qayıdar və cinayətkar cəzasını alar". / azxeber.com

Şou Biznes       Tarix: 09 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri son xeber az zelzele xəbər