Aprel döyüşlərinə həsr olunmuş "Zəfərin 4 anı" bədii kompozisiyası təqdim olunub

Aprel döyüşlərinə həsr olunmuş Aprelin 4-də Heydər Əliyev Sarayında MədəniyyətNazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin TəbliğiFondunun dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və "BöyükQayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Televiziyasının(AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş "Zəfərin 4 anı" adlı ədəbi – bədii gecə keçirilib.
Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhidolmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi iləbaşlayan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələrivə qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər, tələbəgənclər, ictimaiyyət və media nümayəndələri olmaqla 2000 - nə yaxın şəxs iştirak edib.
Tədbirdə Aprel döyüşləri şəhidi, "Murov Qartalı" ləqəblipolkovnik – leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstəkİctimai Birliyinin sədri Sevinc Alızadə, Birinci Qarabağ müharibəsinin şəhidiMehman Bayramov və Aprel döyüşlərinin şəhidi kapitan Vaqif Bayramovun anası ZeynəbBayramova və "Böyük Qayıdış" Gənclər Təşkilatının idarə heyətinin üzvü, Apreldöyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantıƏhliyət Mehdiyev çıxış ediblər. Natiqlər öz çıxışlarında Aprel döyüşlərinin MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli AzərbaycanOrdusunun qələbəsi ilə yekunlaşan böyük Zəfərin başlanğıcı olduğunu vurğulayıbvə xalqımıza bu qələbə sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin ərazibütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əzizxatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Qeyd olunub ki, şəhidlərimizinnarahat ruhları indi şaddır, torpaqlarımız işğalçılardan tam azad olunub, ərazibütövlüymüz təmin edilib, bu gün üçrəngli bayrağımız bütün işğaldan azadolunmuş torpaqlarımızda dalğalanır, uzun illər həsrətində olduğumuz doğma torpaqlaraBöyük Qayıdışımız başlayıb, Qarabağımız və Şərqi Zəngəzurumuzda həyat yenidəncanlanır, geniş bərpa-quruculuq işləri aparılır, bu torpaqların əsl sahibləriqayıdıblar. Həmçinin çıxışlarda qəhrəmanlıq tariximizin gənclər arasında təbliğedilməsi, gənclərə, yetişməkdə olan gənc nəsilə öz qanları və canları bahasınatarix yazan igid Vətən övladlarının tanıdılması üçün bu kimi tədbirlərinkeçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.
Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlıgənclərin təqdimatında "Zəfərin 4 anı" bədii kompozisiyası ilədavam edib.
Quruluşçu rejisoru Əməkdar artist Nicat Kazımov, ssenarimüəllifi şair, yazıçı, kinodramaturq İlqar Fəhmi olan kompozisiyada sononilliklərdə Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrundagöstərdikləri şücaət və qəhrəmanlıqlar, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, VətənMüharibəsi və antiterror əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və teatral formada tamaşaçılara təqdimedilib.
Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşlərinə həsr olunmuş / azxeber.com

Sosial       Tarix: 05 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber apa.az xeberler ən son xəbər xəbər.az