Aqil Ələsgər Vyanada Qərbin ikiüzlü siyasətini İFŞA ETDİ
"Media ədalətli və obyektiv olmalıdır. Sizə və başqasına görə tərəf olmamamlıdır".
Yenicag.az xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu" mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında çıxışı zamanı deyib.
Aqil Ələsgər Qərb dairələrinin Azərbaycanın dövlətçiliyinə zərbə vurmağa cəhd etmiş, müxtəlif terrorçuluq əməlləri törədən erməni əsilli şəxslərin hakim qarşısına çıxarılmasına verdiyi yersiz reaksiyanın ədalətsiz olduğunu vurğulayıb:
"Dünyanın heç bir yerində terrora və terrorçuya güzəşt edilmir və cəzasız buraxılmır. Yaxın Şərqdə son yaşananlar göz önündədir. Gücü olan dövlət terrorçu hesab etdiyini məhv edir. Azərbaycan isə öz ərazisində terror dövləti quran, Qarabağı işğal edən terrorçulara qarşı olduqca humanist davranaraq onları məhkəməyə çıxarıb. Bunun özü ciddi humanist aktdır.
Vardanyanın, Qukasyanın, Arutunyanın əlləri təkcə Azərbaycan əsgərinin deyil, Gəncədə, Bərdədə yaşayan mülki vətəndaşların da qanına batıb. Onlar Qarabağ savaşı zamanı mülki obyekt və əhalini hədəf seçiblər. Bu şəxslər başqa bir dövlətə qarşı eyni cinayətləri törətsəydilər, onları qəhrəman elan edərdilər?
Nə üçün onlar qeyd-şərtsiz azad olunmalıdır? Haradadır ədalət? Onların cəzasız qalmasını istəmək azad söz deyil, bəşəri cinayətə ortaq olmaqdır.
Bu səbəbdən də erməni terrorundan bir əsrdən bəri əziyyət çəkən Azərbaycan xalqı terrorun bütün formalarını lənətləyir. Biz terrora və terrorçuya qarşıyıq". / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir